Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Surah: Al-Fajr   Ayah:
وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ
O gün Cəhənnəm gətiriləcək. Onun yetmiş min tutacağı olacaq və hər tutacaqdan yetmiş min mələk çəkib gətirəcək. O gün insan Allah üçün etmədiyi əməlləri xatırlayacaq, lakin bu xatırlamanın həmin gün ona nə faydası. Axı o gün, əməl etmək günü yox, əməllərin cəzasını almaq günüdür.
Arabic explanations of the Qur’an:
يَقُولُ يَٰلَيۡتَنِي قَدَّمۡتُ لِحَيَاتِي
Beləsi çox peşman olub deyəcək: "Kaş bu həqiqi həyat - axirət həyatım üçün əvvəlcədən yaxşı əməllər etməklə hazırlıq görəydim".
Arabic explanations of the Qur’an:
فَيَوۡمَئِذٖ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٞ
O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz. Çünki Allahın əzabı daha şiddətli və daha sürəklidir.
Arabic explanations of the Qur’an:
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٞ
Heç kəs Allahın kafirləri zəncirlərə buxovladığı kimi buxovlaya bilməz.
Arabic explanations of the Qur’an:
يَٰٓأَيَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَئِنَّةُ
Mömin kimsəyə isə həm ölüm anında həm də qiyamət günü belə deyiləcək: "Ey imanına və saleh əməllərinə arxayın olan nəfs!
Arabic explanations of the Qur’an:
ٱرۡجِعِيٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةٗ مَّرۡضِيَّةٗ
Böyük mükafata nail oduğuna görə razı qalmış və etdiyin saleh əməllər sayəsində pak və müqəddəs Rəbbinin yanında razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
Arabic explanations of the Qur’an:
فَٱدۡخُلِي فِي عِبَٰدِي
Məmin əməlisaleh qullarımın zümrəsinə daxil ol!
Arabic explanations of the Qur’an:
وَٱدۡخُلِي جَنَّتِي
Əməlisaleh qullarımla bərabər onlar üçün hazırladığım Cənnətimə daxil ol!
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• عتق الرقاب، وإطعام المحتاجين في وقت الشدة، والإيمان بالله، والتواصي بالصبر والرحمة: من أسباب دخول الجنة.
Kölə azad etmək, ehtiyaclı olan kəslərə çətin vaxtda yemək vermək, Allaha iman gətirmək, bir-birinə səbirli olmağı və bir-birinə mərhəmət göstərməyi tövsiyə etmək, Cənnətə girmək üçün səbəblərdir.

• من دلائل النبوة إخباره أن مكة ستكون حلالًا له ساعة من نهار.
Uca Allahın, vaxtı çatanda günün bir hissəsində Məkkəni Muhəmmədə (səllallahu aleyhi və səlləm) halal ediləcəyi barədə xəbər verməsi, peyğəmbərlik möcüzələrindəndir.

• لما ضيق الله طرق الرق وسع طرق العتق، فجعل الإعتاق من القربات والكفارات.
Allah kölə etmə yollarını daraltdıqda, kölə azad etmə yollarını genişləndirdi, beləliklə də, kölə azad etməyi, Allaha yaxınlaşdıran və günahları silib aparan əməllərdən biri etdi.

 
Translation of the meanings Surah: Al-Fajr
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close