Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (5) Surah: Al-Mumtahanah
رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ وَٱغۡفِرۡ لَنَا رَبَّنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə ki, bizim üzərimizdə hökmranlıq etsinlər və barəmizdə: "Əgər onlar haqq üzərində olsaydılar, biz onların üzərində hökmranlıq etməzdik" - desinlər. Ey Rəbbimiz! Bizi bağışla. Həqiqətən də, Sən qüdrətlisən, heç kəsin Sənə gücü çatmaz. Üstəlik də, Sən yaratmaq, şəri hökmləri təyin etmək, qədəri yazmaq xüsusunda hikmət sahibisən.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• تسريب أخبار أهل الإسلام إلى الكفار كبيرة من الكبائر.
Müsəlmanların sirrini kafirlərə çatdırmaq böyük günahlardandır.

• عداوة الكفار عداوة مُتَأصِّلة لا تؤثر فيها موالاتهم.
Kafirlərin ədavəti kök salmış ədavətdir və bu üzdən də, onlarla dostluq etmək müsbət nəticə verməz.

• استغفار إبراهيم لأبيه لوعده له بذلك، فلما نهاه الله عن ذلك لموته على الكفر ترك الاستغفار له.
İbrahimin (aleyhissəlam) öz atası üçün bağışlanma diləməsi sadəcə ona verdiyi vədə görə olmuşdur. Atasının kafir olduğu halda öldüyünə görə Allah İbrahimə bunu qadağan etdikdə isə İbrahim atası üçün Allahdan bağışlanma diləməyi tərk etdi.

 
Translation of the meanings Ayah: (5) Surah: Al-Mumtahanah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close