Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (49) Surah: Al-Ahzāb
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحۡتُمُ ٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمۡ عَلَيۡهِنَّ مِنۡ عِدَّةٖ تَعۡتَدُّونَهَاۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحٗا جَمِيلٗا
Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Əgər mömin qadınlarla nikah müqaviləsi bağlasanız, sonra da onlarla yaxınlıq etməzdən əvvəl talaqlarını ver­səniz, ar­tıq onlar üçün göz­ləmə müd­dəti­ni - istər təmizləmə müddətini, istərsə də üç ayı saymağa haqqınız yoxdur. Bu hökm, o qadınlara yaxınlıq edilmədiyi üçün bətinlərində uşaq olmadığına görədir. Boşanma səbəbi ilə qırılmış könüllərini almaq üçün imkanınız daxilində öz malınızdan onlara verib, sonra da onlara əziyyət vermədən, gözəl bir tərz­də sərbəst buraxın ki, ailələrinin yanına getsinlər.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• الصبر على الأذى من صفات الداعية الناجح.
Əziyyətə səbir etmək nicat tapan dəvətçinin xislətlərindəndir.

• يُنْدَب للزوج أن يعطي مطلقته قبل الدخول بها بعض المال جبرًا لخاطرها.
Kişinin yaxınlıq etmədiyi qadınını boşadıqda, qadın üçün xoş xatirə qalsın deyə, öz malından bir qədərini ona verməsi müstəhəbdir.

• خصوصية النبي صلى الله عليه وسلم بجواز نكاح الهبة، وإن لم يحدث منه.
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) özünü ona hədiyyə edən qadınla evlənməsi ona xas olan xüsusiyyətlərdəndir. Halbuki Peyğəmbər (səllallahu aleyhi və səlləm) o qadınla əsla evlənməmişdir.

 
Translation of the meanings Ayah: (49) Surah: Al-Ahzāb
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close