Check out the new design

Translation of the Meanings of the Noble Quran - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Index of Translations


Translation of the Meanings Verse: (7) Surah: Hūd
وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ وَكَانَ عَرۡشُهُۥ عَلَى ٱلۡمَآءِ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۗ وَلَئِن قُلۡتَ إِنَّكُم مَّبۡعُوثُونَ مِنۢ بَعۡدِ ٱلۡمَوۡتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ
Ey İnsanlar! Hansınızın Allahı razı salan daha yaxşı əməl sahibi, hansınızın da Onu qəzəbləndirən daha pis əməl sahibi olduğunu sınayıb, üstəlik də, hər kəsə layiq olduğunu vermək üçün, əzəmətli göyləri, yeri və onların arasında olanları altı gündə yaradan Odur. Allahın ərşi isə göyləri və yeri yaratmazdan əvvəl su üzərində idi. Ey Peyğəmbər! Əgər sən onlara: "Ey İnsanlar! Siz öldükdən sonra haqq-hesab olunmaq üçün diriləcəksiniz!" – desən, Allaha küfr edib, öldükdən sonra dirilməyi inkar edən kimsələr: "Oxuduğunuz bu Quran açıq-aydın sehirdən başqa bir şey deyildir. Həqiqətən də bu, boş bir şeydir!" – deyərlər.
Arabic Tafsirs:
Benefits of the Verses on this page:
• سعة علم الله تعالى وتكفله بأرزاق مخلوقاته من إنسان وحيوان وغيرهما.
• Uca Allahın elminin geniş olduğunun və insanlara, hevyanlara və bunlardan başqa bütün məxluqata rüzi verməyi Öz öhdəsinə götürdüyünün bəyanı.

• بيان علة الخلق؛ وهي اختبار العباد بامتثال أوامر الله واجتناب نواهيه.
• Uca Allahın insanları yaratma səbəbinin bəyanı. Bu, Allahın əmr və qadağaları ilə insanları imtahan etməsidir.

• لا ينبغي الاغترار بإمهال الله تعالى لأهل معصيته، فإنه قد يأخذهم فجأة وهم لا يشعرون.
• Uca Allahın günahkarlara verəcəyi əzabı gecikdirib, möhlət verməsinə aldanmaq olmaz. Çünki bəzən əzab, onlara heç özləri hiss etmədən, gözləmədikləri bir halda gələ bilər.

• بيان حال الإنسان في حالتي السعة والشدة، ومدح موقف المؤمن المتمثل في الصبر والشكر.
• Yuxarıda qeyd edilən ayələr insanın rahatlıq və çətinlik anlarındakı halının bəyan edir və Allahın əmrlərinə tabe olaraq çətin anlarda səbir edən, xoş günlərdə isə şükür edən möminin mövqeyini tərif edir.

 
Translation of the Meanings Verse: (7) Surah: Hūd
Index of Surahs Page Number
 
Translation of the Meanings of the Noble Quran - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Index of Translations

Issued by Tafsir Center for Quranic Studies

Close