Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 塔拉格   段:
أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
De görək, əgər namaz qılmağı qadağan edən bu kimsə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gətirdiyini yalan sayıb ondan üz döndəribsə, onda necə?! Məgər o, Allahdan qorxurmur?!
阿拉伯语经注:
أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
Qulumuzun namaz qılmağına mane olan bu kimsə bilmir ki, Allah onun nə etdiyini görür, onun etdiklərindən heç bir şey Allaha gizli qalmaz?!
阿拉伯语经注:
كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ
Bu iş heç də bu cahil insanın təsəvvür etdiyi kimi deyil. Əgər o, qulumuza əziyyət verməyinə və onu yalançı saymağına son qoymasa, Biz onun kəkilindən tutub atəşə sürükləyəcəyik.
阿拉伯语经注:
نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ
O kəkilin sahibi, sözündə yalançı, əməlində də xatakar olan birisidir.
阿拉伯语经注:
فَلۡيَدۡعُ نَادِيَهُۥ
Qoy o, kəkilindən götürülüb atəşə sürüklənərkən öz dostlarını və məclisində olan kimsələri çağırıb onlardan kömək diləsin ki, onu əzabdan qurtarsınlar.
阿拉伯语经注:
سَنَدۡعُ ٱلزَّبَانِيَةَ
Biz də, Allahın verdiyi əmrlərə heç vaxt asi olmayan və özlərinə buyurulanları yerinə yetirən amansız mələklərdən olan Cəhənnəm gözətçilərini çağıracağıq. Qoy baxıb görsün, bu iki tərəfdarların hansı bir daha güclü və daha qüdrətlidir.
阿拉伯语经注:
كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩
Bu iş heç də o zalimin düşündüyü kimi deyil, o sənə heç bir pislik edə bilməz. Onun əmrinə və qadağasına itaət etmə. Sən Allaha səcdə et və Allahın buyuruqlarını yerinə yetirərək Ona yaxınlaş. Həqiqətən də, bunlar Allaha yaxınlaşdıran vasitələrdir.
阿拉伯语经注:
这业中每段经文的优越:
• فضل ليلة القدر على سائر ليالي العام.
Qədr gecəsinin ilin digər gecələrindən fəzilətli olması.

• الإخلاص في العبادة من شروط قَبولها.
İbadətin ixlasla yalnız Allah üçün olması, iİbadətin qəbul edilməsi üçün qoyulmuş şərtlərdən biridir.

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
Dinin əsaslarında (səmavi) şəriətlərin eyni olması, risalətin qəbul edilməsi üçün səbəbdir.

 
含义的翻译 章: 塔拉格
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭