Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 塔拉格   段:

əl-Ələq

每章的意义:
الإنسان بين هدايته بالوحي وضلاله بالاستكبار والجهل.
İnsan vəhy sayəsində doğru yola yönəlməklə, təkəbbür və cahillik sayəsində zəlalətə uğramaq arasındadır.

ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ
Ey Peyğəmbər! Bütün məxluqatı yaradan Rəbbinin adı ilə başlayaraq Allahın sənə vəhy etdiyini oxu!
阿拉伯语经注:
خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ
O, insanı əvvəli nütfə olmuş qan laxtasından yaratdı.
阿拉伯语经注:
ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ
Ey Peyğəmbər! Allahın sənə vəhy etdiyini oxu! Sənin Rəbbin ən səxavətlidir. Heç bir səxavətli ona bərabər ola bilməz. O, olduqca səxavətli və çox yaxşılıq edəndir.
阿拉伯语经注:
ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ
O, qələmlə xətt çəkməyi və yazmağı öyrətdi.
阿拉伯语经注:
عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ
İnsana onun bilmədiklərini öyrətdi.
阿拉伯语经注:
كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ
Bəli, Əbu Cəhl kimi günahkar insan, həqiqətən də, Allahın hüdudlarını pozaraq həddini aşan bir kimsədir –
阿拉伯语经注:
أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ
Var-dövləti və ad-sanı sayəsində özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
阿拉伯语经注:
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ
Ey insan! Qiyamət günü sən Rəbbinin hüzuruna qaytarılacaqsan, o da hər kəsə layiq olan əvəzi (mükafat və ya cəza) verəcəkdir.
阿拉伯语经注:
أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ
Mane olmağa çalışan Əbu Cəhlni etdiyindən də daha pis iş tutan bir şey gördünmü –
阿拉伯语经注:
عَبۡدًا إِذَا صَلَّىٰٓ
Kəbənin yanında namaz qılan qulumuz Muhəmmədə (səllallahu aleyhi və səlləm).
阿拉伯语经注:
أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ
Söylə görək, əgər o qulumuz Rəbbinin göstərdiyi haqq yoldadırsa, onda necə?!
阿拉伯语经注:
أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ
Yaxud insanlara Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinərək Allahdan qorxmağı əmr edirsə, onda necə?! Məgər belə insanın namaz qılmağına maneçilik törətmək olarmı?!
阿拉伯语经注:
这业中每段经文的优越:
• رضا الله هو المقصد الأسمى.
Uca Allahın Öz peyğəmbərinin -səllallahu aleyhi və səlləm- zikrini ucaltmaqla ona ehtiram göstərməsi.

• أهمية القراءة والكتابة في الإسلام.
Allahın rizasını qazanmaq ən ali məqsəddir.

• خطر الغنى إذا جرّ إلى الكبر والبُعد عن الحق.
İslam dinində oxumağın və yazmağın əhməiyyətli olması.

• النهي عن المعروف صفة من صفات الكفر.
Təkəbbürlü olmağa və haqq yoldan sapmağa gətirib çıxaran zənginliyin təhlükəsi.

• إكرام الله تعالى نبيه صلى الله عليه وسلم بأن رفع له ذكره.
Yaxşı işlər görməyi qadağan etmək kafirlərin xislətlərindəndir.

 
含义的翻译 章: 塔拉格
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭