Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 杜哈   段:

əd-Duha

每章的意义:
بيان عناية الله بنبيه في أول أمره وآخره.
İslamın həm əvvəlində, həm də axırında Allahın Öz peyğəmbərinin qeydinə qalmasının bəyan edilməsi.

وَٱلضُّحَىٰ
Uca Allah gündüzün əvvəlinə and içir.
阿拉伯语经注:
وَٱلَّيۡلِ إِذَا سَجَىٰ
O, həmçinin, zülmətə bürünən və içində insanların hərkətinin sakitləşən gecəyə and içir.
阿拉伯语经注:
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ
Ey Peyğəmbər! Vəhy nazil olmadığı vaxtda müşriklərin iddia etdiyi kimi deyil, Rəbbin səni nə tərk etdi, nə də sənə qəzəbləndi.
阿拉伯语经注:
وَلَلۡأٓخِرَةُ خَيۡرٞ لَّكَ مِنَ ٱلۡأُولَىٰ
Tükənməz nemətlərlə dolu olan axirət yurdu, əlbəttə, sənin üçün dünya həyatından daha xeyirlidir.
阿拉伯语经注:
وَلَسَوۡفَ يُعۡطِيكَ رَبُّكَ فَتَرۡضَىٰٓ
Rəbbin sənə və sənin ümmətinə böyük nemət bəxş edəcək, sən də, Onun sənə və sənin ümmətinə bəxş etdiyindən razı qalacaqsan.
阿拉伯语经注:
أَلَمۡ يَجِدۡكَ يَتِيمٗا فَـَٔاوَىٰ
Sən körpə ikən, atan da dünyadan köçmüş ikən Rəbbin səni tapıb sənə sığınacaq vermədimi?! Əvvəlcə baban Əbdülmüttəlib, sonra da əmin Əbu Talib səni öz himayəsinə götürmüşdür.
阿拉伯语经注:
وَوَجَدَكَ ضَآلّٗا فَهَدَىٰ
Sən kitabın və imanın nə olduğunu bilmədiyin bir halda O səni tapıb bunlardan sənə bilmədiklərini öyrətdi.
阿拉伯语经注:
وَوَجَدَكَ عَآئِلٗا فَأَغۡنَىٰ
Və səni kasıb ikən tapıb zəngin etdi.
阿拉伯语经注:
فَأَمَّا ٱلۡيَتِيمَ فَلَا تَقۡهَرۡ
Elə isə atasını itirmiş uşaqla pis davranma və ona xor baxma.
阿拉伯语经注:
وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنۡهَرۡ
Səndən kömək diləyən ehtiyaclını yanından qovma.
阿拉伯语经注:
وَأَمَّا بِنِعۡمَةِ رَبِّكَ فَحَدِّثۡ
Allahın sənə bəxş etdiyi nemətlərə şükür et və onlardan söhbət aç.
阿拉伯语经注:
这业中每段经文的优越:
• منزلة النبي صلى الله عليه وسلم عند ربه لا تدانيها منزلة.
Heç kəsin məqamı, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) öz Rəbbi yanında olan məqamına bərabər ola bilməz.

• شكر النعم حقّ لله على عبده.
Nemətlərə şükür etmək Allahın Öz qulu üzərində olan haqqıdır.

• وجوب الرحمة بالمستضعفين واللين لهم.
Zəiflərə mərhəmət göstərməyin və onlarla mülayim rəftar etməyin vacib olması.

 
含义的翻译 章: 杜哈
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭