Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 莱仪拉   段:
فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ
Biz, onun üçün, şər işlər görməyi asanlaşdırar, yaxşı işlər görməyi isə çətinləşdirərik.
阿拉伯语经注:
وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ
O, həlak olub Cəhənnəmə düşdükdə, xəsislik edib xərcləmədiyi var-dövləti ona fayda verməyəcək.
阿拉伯语经注:
إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ
Şübhəsiz ki, haqq yolu batil yoldan ayırd etmək Bizə aiddir.
阿拉伯语经注:
وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ
Sözsüz ki, axirət həyatı da, dünya həyatı da Bizə məxsudur. Biz bu iki dünyanı istədiyimiz kimi idarə edirik və Bizdən başqası bunlara müdaxilə edə bilməz.
阿拉伯语经注:
فَأَنذَرۡتُكُمۡ نَارٗا تَلَظَّىٰ
Ey insanlar! Əgər Allaha asilik etmisinizsə, (bilin ki,) artıq mən sizi alovlanan odla qorxutdum.
阿拉伯语经注:
لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى
Onun hərarətində, yalnız ən bədbəxt, yəni kafir olan kimsə əzab çəkər.
阿拉伯语经注:
ٱلَّذِي كَذَّبَ وَتَوَلَّىٰ
O kimsə ki, Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi risaləti yalan sayır və Allahın əmrinə itaət etməkdən üz döndərir.
阿拉伯语经注:
وَسَيُجَنَّبُهَا ٱلۡأَتۡقَى
Allahdan ən çox qorxan Əbu Bəkr (Allah ondan razı olsun) isə oddan uzaqlaşdırılar.
阿拉伯语经注:
ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ
O Əbu Bəkr ki, günahlardan təmizlənmək üçün malını yaxşı işlərə sərf edir.
阿拉伯语经注:
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةٖ تُجۡزَىٰٓ
O, öz malını, verilən nemətin əvəzini çıxmaq məqsədilə xərcləmir.
阿拉伯语经注:
إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ
O, xərclədiyi mal müqabilində, yaratdıqlarının fövqündə olan ən uca Rəbbinin üzündən başqa heç nə diləmir.
阿拉伯语经注:
وَلَسَوۡفَ يَرۡضَىٰ
O, Allahın ona bəxş edəcəyi dəyərli mükafatdan mütləq razı qalacaq.
阿拉伯语经注:
这业中每段经文的优越:
• منزلة النبي صلى الله عليه وسلم عند ربه لا تدانيها منزلة.
Heç kəsin məqamı, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) öz Rəbbi yanında olan məqamına bərabər ola bilməz.

• شكر النعم حقّ لله على عبده.
Nemətlərə şükür etmək Allahın Öz qulu üzərində olan haqqıdır.

• وجوب الرحمة بالمستضعفين واللين لهم.
Zəiflərə mərhəmət göstərməyin və onlarla mülayim rəftar etməyin vacib olması.

 
含义的翻译 章: 莱仪拉
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭