Check out the new design

Traduzione dei Significati del Sacro Corano - Traduzione azera dell'Abbreviata Esegesi del Nobile Corano * - Indice Traduzioni


Traduzione dei significati Sura: Ghâfir   Versetto:

Ğafir

Alcuni scopi di questa Sura comprendono:
بيان حال المجادلين في آيات الله، والرد عليهم.
Allahın ayələri xüsusunda mübahisə edənlərin halı və onlara verilən cavab.

حمٓ
﴾Ha. Mim﴿. Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
Esegesi in lingua araba:
تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ
Quranın heç kəsin qalib gələ bilmədiyi, Öz qullarına fayda verən işləri bilən qüdrətli Allah tərəfindən rəsulu Muhəmmədə -səllallahu aleyhi və səlləm- nazil olması.
Esegesi in lingua araba:
غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوۡبِ شَدِيدِ ٱلۡعِقَابِ ذِي ٱلطَّوۡلِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ إِلَيۡهِ ٱلۡمَصِيرُ
Günahkarların günahlarını bağışlayan, tövbə edən qullarının tövbəsini qəbul edən, günahlarına görə tövbə etməyən kimsələrə şid­dət­li cəza verən, həm də, kərəm və lütf sahibi olan Allahdan. Ondan başqa haqq məbud yoxdur. Qiyamət günü insanlar yalnız Onun hüzuruna qayıdacaq və Allah, onlara layiq olduqları (mükafat və ya cəzanı) verəcəkdir.
Esegesi in lingua araba:
مَا يُجَٰدِلُ فِيٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغۡرُرۡكَ تَقَلُّبُهُمۡ فِي ٱلۡبِلَٰدِ
Allahın vəhdaniyyətinə və Onun rəsulunun doğru danışdığına dəlalət edən ayələri barəsində yalnız Allaha küfr etmiş kimsələr, ağıllarının fəsad olmasından dolayı mübahisə edər­lər. Onlara görə kədərlənmə. Onların bol ruzi və nemətlər içində yaşaması səni aldat­masın. Kafirlərə möhlət verililməsi, onları tədricən məhv etmək üçün onlara qurulmuş bir hiylədir.
Esegesi in lingua araba:
كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَٱلۡأَحۡزَابُ مِنۢ بَعۡدِهِمۡۖ وَهَمَّتۡ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمۡ لِيَأۡخُذُوهُۖ وَجَٰدَلُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّ فَأَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ
Bunlardan əvvəl Nuh qövmü, ondan sonra da başqa toplumlar - Ad, Səmud və Lut tayfaları, Mədyən əhli və Firon, el­çi­lə­ri yalançı saymış, hər bir ümmət öz peyğəmbərlərini tutub öldürməyə cəhd göstərmiş və haqqı yox etmək üçün öz ba­til sözləri ilə müba­hisə etmişdilər. Buna gör də, Mən o ümmətlərin hamısını yaxaladım. Bir düşün, Mə­nim onlara verdiyim cəzam necə oldu! Bu, şiddətli bir cəza idi.
Esegesi in lingua araba:
وَكَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ
Ey Peyğəmbər, necə ki, Allah, haqqı yalan saymış o ümmətlərin həlak edilməsi barədə hökm vermişdi, eləcə də, küfr edənlərin Cəhənnəm sakinləri ola­cağı ba­rədə Rəbbinin sözü gerçəkləşdi.
Esegesi in lingua araba:
ٱلَّذِينَ يَحۡمِلُونَ ٱلۡعَرۡشَ وَمَنۡ حَوۡلَهُۥ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيُؤۡمِنُونَ بِهِۦ وَيَسۡتَغۡفِرُونَ لِلَّذِينَ ءَامَنُواْۖ رَبَّنَا وَسِعۡتَ كُلَّ شَيۡءٖ رَّحۡمَةٗ وَعِلۡمٗا فَٱغۡفِرۡ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمۡ عَذَابَ ٱلۡجَحِيمِ
Ey Peyğəmbər, sənin Rəbbinin ərşini daşıyan mələklər və onun ətra­fın­da­kılar öz Rəbbini bütün nöqsanlardan uzaq tutaraq tərif edir, Ona iman gətirir və Allaha iman gətirənlər üçün ba­ğış­lan­ma diləyib belə dua edirlər: “Ey Rəbbi­miz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Günahlarından töv­bə edib Sənin dininə tabe olanları bağışla və on­ları Cə­hən­nəm odundan qoru!
Esegesi in lingua araba:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• الجمع بين الترغيب في رحمة الله، والترهيب من شدة عقابه: مسلك حسن.
Allahın rəhmətinə qovuşmağa rəğbətləndirməklə Onun şiddətli cəzasından çəkindirməyi cəm etmək (ikisini də bir vaxtda xatırlamaq) gözəl dəvət üslubudur.

• الثناء على الله بتوحيده والتسبيح بحمده أدب من آداب الدعاء.
Allahın vəhdaniyyətini iqrar deyərək Onu şəninə həmd-səna ilə tərif etmək duanın ədəblərindəndir.

• كرامة المؤمن عند الله؛ حيث سخر له الملائكة يستغفرون له.
Mələklərin möminlər üçün Allahdan bağışlanma diləməsi, möminlərin Allah qatında dəyərli kimsələr olduğuna dəlalət edir.

 
Traduzione dei significati Sura: Ghâfir
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - Traduzione azera dell'Abbreviata Esegesi del Nobile Corano - Indice Traduzioni

Emesso dal Tafseer Center per gli Studi Coranici.

Chiudi