Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (27) Sura: Al'nahl
ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ
Sonra Qiyamət günü Allah onlara əzab verib, rüsvay və zəlil edəcək və onlara belə deyə­cəkdir: "İbadətdə Mənə ortaq qoşduğunuz, peyğəmbərlərimə və möminlərlə onların səbəbi ilə düşmənçilik etdiyiniz şə­riklərim harada­dır?" Rəbbani alimlər belə deyəcəklər: "Şübhəsiz ki, qiyamət günü rüs­vay­çılıq və əzab yalnız kafir­lərə üz ve­rə­cəkdir!"
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• فضيلة أهل العلم، وأنهم الناطقون بالحق في الدنيا ويوم يقوم الأشهاد، وأن لقولهم اعتبارًا عند الله وعند خلقه.
• Elm sahibinin fəziləti. Çünki onlar həm bu dünya da, həm də axirətdə haqqı söyləyərlər. Onların sözü həm Allah yanında, həm də, insanlar yanında keçərlidir.

• من أدب الملائكة مع الله أنهم أسندوا العلم إلى الله دون أن يقولوا: إنا نعلم ما كنتم تعملون، وإشعارًا بأنهم ما علموا ذلك إلا بتعليم من الله تعالى.
• Mələklərin, uca Allaha qarşı ədəb və ehtiramını göstərən davranışlarından biri də onların günahkarlara: "Biz sizin nələr etdiyinizi çox yaxşı bilirik" demədən, əksinə: "Allah sizin nələr etdiyinizi çox yaxşı bilir!" demələridir. Onlar bununla, onlara hər bir şeyi yalnız uca Allahın öyrətdiyini ortaya qoymaq istəyirlər.

• من كرم الله وجوده أنه يعطي أهل الجنة كل ما تمنوه عليه، حتى إنه يُذَكِّرهم أشياء من النعيم لم تخطر على قلوبهم.
• Uca Allahın Cənnət əhlinə, arzu etdikləri hər bir şeyi, hətta ağıllarına belə gəlməyən nemətləri verməsi, Onun səxavətindən və lütfündəndir.

• العمل هو السبب والأصل في دخول الجنة والنجاة من النار، وذلك يحصل برحمة الله ومنَّته على المؤمنين لا بحولهم وقوتهم.
• Yaxşı əməllər etmək, Cənnətə girmək və Cəhənnəmdən xilas olmaq üçün əsas və ən başlıca səbəbdir. Bu da, insanın güc-qüvvəsi sayəsinə deyil, əksinə, Uca Allahın mömin qullarına göstərdiyi rəhmət sayəsindədir.

 
Fassarar Ma'anoni Aya: (27) Sura: Al'nahl
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa