Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ቂያማህ   አንቀጽ:
كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ
Bu iş heç də sizin dirilməyəcəyinizi iddia etdiyiniz kimi deyil. Hərçənd siz bilirsiniz ki, sizi heç nədən yaratmağa qadir olan Allah, siz öldükdən sonra sizi diriltməyə aciz deyil, lakin sizin dirilməni təkzib etnizin səbəbi sizin tez ötüb keçən dünya həyatını sevməyinizdir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ
Eləcə də, axirət həyatını tərk etməyinizdir. O axirət həyatı ki, ona tərəf aparan yolu tutub getmək üçün, Allahın sizə buyurduqlarına itaət etməli və qadağan etdiyi haramları tərk etməlisiniz.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ
O gün iman və səadət əhlinin üzləri nur saçaraq parlayacaq.
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ
Rəbbinə baxıb ondan zövq alacaqdır.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ
O gün küfr əhlinin və bədbəxtlərin üzləri tutulub qaralacaq.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ
Onlara böyük bir müsibətin və ağrılı-acılı əzabın üz verdiyini yəqinliklə edəcəklər.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ
Bu iş heç də müşriklərin təsəvvür etdiyi kimi deyil ki, onlar öldükdən sonra artıq əzaba düçar olmayacaqlar. Elə ki ruh körpücük sümüklərinə yetişəcək,
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقِيلَ مَنۡۜ رَاقٖ
İnsanların bəzisi digərlərinə deyəcək: "Kim onu dua ilə müalicə edə bilər, bəlkə şəfa tapdı?!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ
Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcək.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ
Dünya həyatının sonunda və axirət həyatının da başlanğıcında müsibətlər bir araya gələcək.
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ
Bütün bunlar baş verdiyi zaman hər bir ölmüş kimsə Rəbbinin hüzuruna gətiriləcəkdir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ
Kafir kimsə nə öz peyğəmbərinin gətirdiyi risaləti təsdiq etdi, nə də pak və müqəddəs Allah üçün namaz qıldı.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ
Lakin o, peyğəmbərinin gətirdiyini yalan saydı və ondan üz çevirdi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ
Sonra bu kafir təkəbbürlüyündən özünü darta-darta əhli-əyalının yanına getdi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ
Uca Allah, kafir kimsəyə ona veriləcək əzabın artıq ona layiq görülməsi və ona yaxınlaşması barədə vəd etmişdir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ
Sonra təkid edərək o cümləni təkrar edib buyurur: ﴾Yenə də vay sənin halına, vay!﴿.
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى
Yoxsa insan Allahın onu başlı-başına buraxacağını və onun öhdəsinə şəriət qanunu qoymayacağını güman edir?
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ
Məgər o insan vaxtı ilə ana bətninə axıdılan bir damla nütfə deyildimi?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ
Sonra o, laxtalanmış qan oldu. Sonra Allah onu yaradıb kamil bir görkəmə saldı.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ
Sonra ondan da bir cüt: kişi və qadın yaratdı.
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ
Məgər insanı nütfədən, sonra da qan laxtasından yaradan Allah, ölüləri haqq-hesaba çəkilmək və etdikləri əmllərin əvəzini vermək üçün yenidən diriltməyə qadir deyilmi?! Əlbəttə ki, O, qadirdir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خطر حب الدنيا والإعراض عن الآخرة.
Dünyanı sevməyin və axirətdən üz çevirməyin təhlükəsi.

• ثبوت الاختيار للإنسان، وهذا من تكريم الله له.
İnsanın ixtiyar sahibi olmasının isbatı. Bu da, Allahın ona göstərdiyi ehtiramdır.

• النظر لوجه الله الكريم من أعظم النعيم.
Allahın möhtərəm üzünə baxmağın ən böyük nemətlərdən olması.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ቂያማህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት