Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ቂያማህ   አንቀጽ:

əl-Qiyamə

ከመዕራፉ ዓላማዎች:
إظهار قدرة الله على بعث الخلق وجمعهم يوم القيامة.
Allahın məxluqatı diriltməsinə və Qiyamət günü onları bir yerə toplamasına qadir olduğunu göstərmək.

لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ
Allah insanların aləmlərin Rəbbi üçün ayağa qalxacaqları günə - qiyamət gününə and içir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ
Uca Allah, özünü yaxşı işlər görmək xüsusunda naqisliyə yol verdiyinə və günah işlər gördüyünə görə sahibini qınayıb, peşmançılıq çəkən təmiz nəfsə and içir. İnsanları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün Uca Allah onların dirildəcəklərinə dair bu iki şeyə and içir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ
Yoxsa insan elə düşünür ki, o öldükdən sonra onu diriltmək üçün Biz onun sümüklərini yığa bilməyəcəyik?!
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ
Xeyr, Biz onun sümüklərini yığmaqdan əlavə onun barmaq uclarını əvvəlki kamil xilqətinə qaytarmağa qadirik.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ
Lakin insan dirilməni inkar etməklə, gələcəkdə durmadan günah işlər görməkdə davam etmək fikrindədir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ
O, qiyaməti inkar etmək məqsədilə: "Qiyamət nə vaxt qopacaq?" – deyə soruşur.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ
Gözlər vaxtı ilə yalan saydığını gördüyü zaman bərələ qaldıqda və dəhşətə gəldikdə,
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَخَسَفَ ٱلۡقَمَرُ
Ayın nuru getdikdə,
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ
Günəş və ay cismləri bir-birinə qovuşduğu zaman –
የአረብኛ ቁርኣን ማብራሪያ:
يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ
O gün günahkar insan deyəcək: "Hara qaçaq?!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّا لَا وَزَرَ
O gün günahkar insanın nə qaçmağa bir yeri, nə daldalanacaq bir sığınağı, nə də imdadına çatan bir köməkçisi olacaqdır.
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ
Ey Peyğəmbər! O gün haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün qayıdış və dönüş ancaq sənin Rəbbinə olacaqdır.
የአረብኛ ቁርኣን ማብራሪያ:
يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ
O gün insana etdiyi və etməyib sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ
Doğrusu, insanın əzaları onun qazandığı günalara şahidlik etməklə, öz əleyhinə şahidlik edəcəkdir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ
İnsan günahsız olduğunu isbat etmək üçün üzürlər gətirsə belə, bu ona fayda veməyəcəkdir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ
Ey Peyğəmbər! Quranı unutmayasan deyə tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə!
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ
Şübhəsiz ki, onun sənin qəlbində cəm etmək və sənin dilində oxunmasını rahatlaşdırmaq Bizə aiddir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ
Elçimiz Cəbrail sənə Quran oxuduqda sus və onun qiraətini dinlə.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ
Sonra onu sənə izah etmək də, sözsüz ki, Bizə aiddir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشيئة العبد مُقَيَّدة بمشيئة الله.
Bəndənin istəyi Allahın istəyinə bağlıdır.

• حرص رسول الله صلى الله عليه وسلم على حفظ ما يوحى إليه من القرآن، وتكفّل الله له بجمعه في صدره وحفظه كاملًا فلا ينسى منه شيئًا.
Rəsulullahın (səllallahu aleyhi və səlləm) Qurandan özünə vəhy ediləni əzbərləməyə həris olması və Uca Allahın onu Rəsulullahın (səllallahu aleyhi və səlləm) qəlbində və hafizəsində, ondan heç bir şey untmayacağı kamil bir şəkildə cəm edəcəyini öhdəsinə götürməsi.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ቂያማህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት