Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 拉哈迈尼   段:

ər-Rəhman

每章的意义:
تذكير الجن والإنس بنعم الله الباطنة والظاهرة، وآثار رحمته في الدنيا والآخرة.
Cinlərə və insanlara Allahın gizli və aşkar nemətlərini, habelə, Onun rəhmətinin dünyada və axirətdə olan təsirini xatırlatmaq.

ٱلرَّحۡمَٰنُ
Geniş rəhmət sahibi olan Mərhəmətli Allah.
阿拉伯语经注:
عَلَّمَ ٱلۡقُرۡءَانَ
İnsanlara Quranın əzbərləməyin və onun mənəsanı başa düşməyin asan yolunu öyrətdi.
阿拉伯语经注:
خَلَقَ ٱلۡإِنسَٰنَ
İnsanı kamil biçimdə yaradıb gözəl şəkilə saldı.
阿拉伯语经注:
عَلَّمَهُ ٱلۡبَيَانَ
Ona öz fikirlərini həm şifahi, həm də yazılı şəkildə ifadə etməyi öyrətdi.
阿拉伯语经注:
ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٖ
İnsanlar illərin sayını və hesabı bilsinlər deyə günəş və ayın hərəkətini müəyyən bir ölçüyə uyğun etdi.
阿拉伯语经注:
وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ
Gövdəsiz bitkilər da, ağaclar da Uca Allahın əmrinə boyun əyərək və Ona təslim olaraq Ona səcdə edir.
阿拉伯语经注:
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ
Allah göyü yerin üzərində ucaldıb onun üçün tavan etdi və yer üzündə ədaləti bərqərar edib, qullarına ədalətli olmağı əmr etdi.
阿拉伯语经注:
أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ
Ey insnalar! Haqsızlığa yol verməməyiniz, həmçinin, ölçüdə və çəkidə xəyanət etməməyiniz üçün Biz yer üzündə ədaləti bərqərar etdik.
阿拉伯语经注:
وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ
Öz aranızda əşyaları tərəzidə insafla çəkin və başqaları üçün bir şey ölçdükdə və ya çəkdikdə ölçünü və çəkini əskiltməyin.
阿拉伯语经注:
وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ
Məxluqat yerin üzərində qərar tutsun deyə, Allah onu döşədi.
阿拉伯语经注:
فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ
Orada meyvə verən ağaclar və bar verən sal­xımları olan xurma ağacları vardır.
阿拉伯语经注:
وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ
Həmçinin, buğda və arpa kimi saçaqlı dənli bitkilər və iyləyəcəyiniz xoş ətirli çiçəklər də vardır.
阿拉伯语经注:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
阿拉伯语经注:
خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ
O, Adəmi (əleyhissəlam) insanı saxsı kimi səs çıxaran bişmiş quru gildən yaratdı.
阿拉伯语经注:
وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ
Cinlərin atasını da tüstüsüz xalis oddan yaratdı.
阿拉伯语经注:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
阿拉伯语经注:
رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ
O, günəşin yaydakı iki məşriqinin və qışdakı iki məğribin Rəbbidir.
阿拉伯语经注:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
阿拉伯语经注:
这业中每段经文的优越:
• كتابة الأعمال صغيرها وكبيرها في صحائف الأعمال.
Əməllərin həm kiçiyinin, həm də böyüyünün, əməlllərin qeydə alındığı səhifələrə yazılması.

• ابتداء الرحمن بذكر نعمه بالقرآن دلالة على شرف القرآن وعظم منته على الخلق به.
Mərhəmətli Allahın bu surənin əvvəlində Quranın nemət olduğunu zikr etməsi, Quranın şərəfli olduğuna və Allahın onun sayəsində Öz yaratdıqlarına böyük lütf göstərməsinə dəlalət edir.

• مكانة العدل في الإسلام.
Ədalətin İslamda olan yeri.

• نعم الله تقتضي منا العرفان بها وشكرها، لا التكذيب بها وكفرها.
Allahın nemətləri bizdən onları yalan saymağı və onlara qarşı nankor olmağı yox, əksinə, onları tanımağı və onlara görə Uca Allaha şükr etməyi tələb edir.

 
含义的翻译 章: 拉哈迈尼
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭