Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Surah: Al-Qamar   Ayah:
وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ
Biz bir işin olmasını istədikdə, bircə dəfə ona: "Ol!"- deyə əmr edirik, istədiyimiz dərhal bir göz qırpımında ye­rinə ye­tir.
Ang mga Tafsir na Arabe:
وَلَقَدۡ أَهۡلَكۡنَآ أَشۡيَاعَكُمۡ فَهَلۡ مِن مُّدَّكِرٖ
Biz əvvəlik ümmətlərdən küfr etməkdə sizə bənzəyənləri məhv etmişik. Amma heç bundan ibrət alıb öz küfründən uzaqlaşan varmı?!
Ang mga Tafsir na Arabe:
وَكُلُّ شَيۡءٖ فَعَلُوهُ فِي ٱلزُّبُرِ
Bəndələrin etdiyi hər bir əməl mələklərin qeydə aldığı kitabla­rda yazılır və bu işdə heç bir şey onların nəzərindən qaçmır.
Ang mga Tafsir na Arabe:
وَكُلُّ صَغِيرٖ وَكَبِيرٖ مُّسۡتَطَرٌ
Hər bir kiçik və böyük əməl və söz əməllərin qeydə alındığı səhifələrdə, həm də lövhi-məhfuzda ya­zılmışdır və onlar bu əməllərin əvəzini alacaqlar.
Ang mga Tafsir na Arabe:
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَنَهَرٖ
Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorxan kimsələr cənnətlərdə nemətlər içində və axar çaylar kənarında olcaqlar.
Ang mga Tafsir na Arabe:
فِي مَقۡعَدِ صِدۡقٍ عِندَ مَلِيكٖ مُّقۡتَدِرِۭ
Onlar hər şeyə gücü yetən və heç bir şeyin Onu aciz buraxmayan Hökmdarın hü­zu­run­dakı, içində yalan danışılmayan və günah işlərə yol verilməyən haqq məclisində olacaqlar. Onların o məclisdə tükənməz nemətlərdən nələrə nail olacaqları barədə heç soruşma.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• كتابة الأعمال صغيرها وكبيرها في صحائف الأعمال.
Əməllərin həm kiçiyinin, həm də böyüyünün, əməlllərin qeydə alındığı səhifələrə yazılması.

• ابتداء الرحمن بذكر نعمه بالقرآن دلالة على شرف القرآن وعظم منته على الخلق به.
Mərhəmətli Allahın bu surənin əvvəlində Quranın nemət olduğunu zikr etməsi, Quranın şərəfli olduğuna və Allahın onun sayəsində Öz yaratdıqlarına böyük lütf göstərməsinə dəlalət edir.

• مكانة العدل في الإسلام.
Ədalətin İslamda olan yeri.

• نعم الله تقتضي منا العرفان بها وشكرها، لا التكذيب بها وكفرها.
Allahın nemətləri bizdən onları yalan saymağı və onlara qarşı nankor olmağı yox, əksinə, onları tanımağı və onlara görə Uca Allaha şükr etməyi tələb edir.

 
Salin ng mga Kahulugan Surah: Al-Qamar
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara