Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาอาเซอร์ไบจาน สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) * - สารบัญ​คำแปล


แปลความหมาย​ สูเราะฮ์: Al-Hijr   อายะฮ์:
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ
Onlar İbrahimin yanına daxil olduqda ona: "Sənə salam olsun!" – de­di­lər. İbrahim də onlara daha gözəl bir şəkildə salam qaytardı və onların bəşər övladından olduqlarını zənn edərək onların yemələri üçün onlara qızarmış bir buzov gətirdi. İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb dedi: "Doğrusu, biz sizdən qorxuruq!".
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ
Mələklərdən olan elçilər İbrahimə: "Qorxma! Biz sənə, səni sevindirəcək bir xəbər verəcəyik. Sənin bilikli bir oğlan övladın olacaqdır!" – dedilər.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
İbrahim –mələklərin, onun bir oğlan övladı olacağı müjdələməsinə təəccüb edərək– olara dedi: "Qocalıq mə­ni haq­ladığı bir vaxtda mənə oğlan övladımın olacağı ilə müj­də ve­rir­si­niz? Məni nə ilə müjdələ­yirsiniz?"
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ
Mələklərdən olan elçilər İbrahimə dedilər: "Biz sənə heç bir şəkk-şübhə olmayan həqi­qət­lə müjdə veririk. Səni müjdələdiyimiz şey barədə əsla ümidsizliyə qapananlardan olma!".
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ
İbrahim mələklərə belə cavab verdi: "Allahın doğru yol­­­undan azan­lardan başqa, Rəb­bi­nin mər­həmətindən kim ümidini üzər?!".
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ
İbrahim mələklərə dedi: "Bir deyin görək, sizi Uca Allah yanından buraya gətirən səbəb nədir?"
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ
Mələklərdən olan elçilər İbrahimə dedilər: "Allah bizi fəsadı və şəri çox böyük olan Lut qövmünü məhv etmək üçün göndərdi!"
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ
Ancaq Lutun ailəsi və ona tabe olan möminlər bu əzabdan müstəsnadırlar. Onlara əsla əzab olunmaz. Biz onların hamısını bu əzabdan salamat edə­cəyik!
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ
Yalnız Lutun arvadından baş­qa. Biz onun geridə əzab içində qa­lan­lardan ol­ma­sına hökm verdik!".
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ
Göndərilən elçi mələklər kişi simasında Lut əhlinin ya­nı­na gəl­dik­ləri zaman
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالَ إِنَّكُمۡ قَوۡمٞ مُّنكَرُونَ
Lut - aleyhissəlam - onlara dedi: "Biz sizi tanımadığımız bir qövmdənsiniz!".
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ
Mələklərdən olan elçilər Luta dedilər: "Ey Lut! Qorxma, biz sənin ya­nına qövmünün şübhə et­diyi onları məhv edəcək əzab ilə gəl­mi­şik.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ
Biz sənin yanına zarafat olmayan, doğru bir xə­bərlə gəl­mişik. Şübhəsiz ki, biz sənə verdiyimiz xəbərdə doğru danı­şanlarıq.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ
Gecədən bir müddət keçdikdən sonra ailəni götürərək yola çıx və səndə onların ar­xa­sın­ca get. Sizdən heç kəs onların başına nə gəldiyini görmək üçün çevri­lib arxaya bax­ma­sın. Beləliklə də, Allahın sizə getmənizi əmr etdiyi yerə qədər irəliləyib gedin!"
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ
Biz Luta üçün əzəldən yazdığımız əmri, sübh çağı o qövmün sonuncusu da həlak olana qədər kökü kəsi­lərək hamısı məhv olacaqlarını vəhy edərək bildirdik.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ
Sədum əhalisi, Lutun qonaqları ilə fahişə əməli etmək ümüdü ilə sevinərək onun yanına gəl­di­lər.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ
Lut onlara belə dedi: "Bunlar mə­nim qo­naq­la­rımdır. Onlara etmək istədiyiniz şeylə məni bia­bır et­mə­yin!
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ
Bu fahişə əməldən əl çəkərək Allahdan qorxun və bu iyrənc əməlinizlə mə­ni hör­mət­dən salmayın!"
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ
Qövmü ona dedi: "Məgər biz sənə hər hansı bir kimsəni qo­naq sax­lamağı qada­ğan et­mə­mi­şdikmi?"
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ประโยชน์​ที่​ได้รับ​:
• تعليم أدب الضيف بالتحية والسلام حين القدوم على الآخرين.
• Bu ayələrdə başqasının evinə qonaq getdikdə, ev sakinlərinə salam vermə ədəbi öyrədilmişdir.

• من أنعم الله عليه بالهداية والعلم العظيم لا سبيل له إلى القنوط من رحمة الله.
• Allahın nemət olaraq hidayət və böyük bir elm bəxş etdiyi kimsələr Allahın rəhmətindən əsla ümidini üzə bilməz.

• نهى الله تعالى لوطًا وأتباعه عن الالتفات أثناء نزول العذاب بقوم لوط حتى لا تأخذهم الشفقة عليهم.
• Uca Allah, Luta və ona tabe olanlara, Lut qövmünə əzab nazil olduğu əsnada, onlara qarşı mərhəmət və acı hissi keçirməsinlər deyə geriyə dönüb baxmalarını qadağan etdi.

• تصميم قوم لوط على ارتكاب الفاحشة مع هؤلاء الضيوف دليل على طمس فطرتهم، وشدة فحشهم.
• Lut qövmünün belə bir qonaqlarla fahişə əməli etmək tamahına düşməsi, onların fitrətlərinin pozulmasına və azğınlıqlarının nə qədər şiddətli olduğuna bir dəlildir.

 
แปลความหมาย​ สูเราะฮ์: Al-Hijr
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาอาเซอร์ไบจาน สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม) - สารบัญ​คำแปล

โดย ศูนย์ตัฟซีรเพื่อการศึกษาอัลกุรอาน

ปิด