Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு அத்தியாயம்: அல்முர்ஸலாத்   வசனம்:

əl-Mursəlat

சூராவின் இலக்குகளில் சில:
الوعيد للمكذبين بالويل يوم القيامة.
Haqqı yalan sayanların Qiyamət günü halının acınacaqlı olacağı ilə onları təhdid etmək.

وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا
Uca Allah, at yalı kimi, ardı-ardından göndərilən küləklərə and içir.
அரபு விரிவுரைகள்:
فَٱلۡعَٰصِفَٰتِ عَصۡفٗا
O, həmçinin, şiddətlə əsən küləklərə and içir.
அரபு விரிவுரைகள்:
وَٱلنَّٰشِرَٰتِ نَشۡرٗا
Həmçinin, yağışı ətrafa yayan küləklərə and içir.
அரபு விரிவுரைகள்:
فَٱلۡفَٰرِقَٰتِ فَرۡقٗا
Uca Allah həmçinin, haqqı batildən ayıran dəlilləri nazil edən mələklərə and içir.
அரபு விரிவுரைகள்:
فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا
O həmçinin, vəhyi nazil edən mələklərə and içir.
அரபு விரிவுரைகள்:
عُذۡرًا أَوۡ نُذۡرًا
O mələklər insanların Allahın hüzurunda bəhanələri olmaması və insanları Allahın əzabı ilə xəbərdar etmələri üçün vəhyi nazil edirlər.
அரபு விரிவுரைகள்:
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ
Sizə vəd edilmiş dirilmə, haqq-hesaba çəkilmə və əməllərin əvəzini alma hadisələri mütləq vaqe olacaqdır.
அரபு விரிவுரைகள்:
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ
Ulduzların nuru itəcəyi və işığı sönəcəyi zaman,
அரபு விரிவுரைகள்:
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ
Mələklərin nazil olması üçün göy yarılacağı zaman,
அரபு விரிவுரைகள்:
وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ
Dağlar yerindən qopardılacağı və parça-parça olub toz dənəciklərinə çevrildiyi zaman,
அரபு விரிவுரைகள்:
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ
Təyin olunmuş vaxtda Peyğəmbərlər bir yerə toplaşacağı zaman
அரபு விரிவுரைகள்:
لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ
Öz ümmətlərinə şahidlik etmələri üçün təyin olunmuş əzəmətli gündə.
அரபு விரிவுரைகள்:
لِيَوۡمِ ٱلۡفَصۡلِ
Bəndələr arasında ayırd ediləcək bir gündə. Həmin gün haqlı olanla haqsız olan kəs, habelə, xoşbət insanla bədbəxt insan bir-birindən ayırd ediləcəkdir.
அரபு விரிவுரைகள்:
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ
Ey Peyğəmbər! Sən nə bilirsən ayırd etmə günü nədir?!
அரபு விரிவுரைகள்:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Peyğəmbərlərin Allah tərəfindən təbliğ etdiklərini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!
அரபு விரிவுரைகள்:
أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ
Məgər əvvəlki ümmətlər Allaha küfr etdikləri və peyğəmbərlərini yalançı saydıqları zaman Biz onları həlak etmədikmi?!
அரபு விரிவுரைகள்:
ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ
Sonrakı yalan sayanları da onlara qatacağıq, onları da, bunlar kimi həlak edəcəyik.
அரபு விரிவுரைகள்:
كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ
O ümmətləri məhv etdiyimiz kimi, Muhəmmədin (səllallahu aleyhi vəsəlləm) gətirdiyi risaləti yalan sayan günahkarları da məhv edəcəyik.
அரபு விரிவுரைகள்:
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Allahın günahkarlara vəd etdiyi cəzanı yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• خطر التعلق بالدنيا ونسيان الآخرة.
Dünyaya könül bağlamağın və axirəti unutmağın təhlükəsi.

• مشيئة العبد تابعة لمشيئة الله.
Bəndənin istəyi Allahın istəyinə bağlıdır.

• إهلاك الأمم المكذبة سُنَّة إلهية.
Haqqı yalan sayan ümmətlərin həlak edilməsi ilahi bir qanundur.

 
மொழிபெயர்ப்பு அத்தியாயம்: அல்முர்ஸலாத்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக