Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு அத்தியாயம்: அஸ்ஸுக்ருப்   வசனம்:
وَمَا نُرِيهِم مِّنۡ ءَايَةٍ إِلَّا هِيَ أَكۡبَرُ مِنۡ أُخۡتِهَاۖ وَأَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
Bizim Firona və onun qövmündən olan əşrəflərə, Musaın (aleyhissəlam) peyğəmbərliyinin doğru olduğunu sübut etmək üçün göstərdiyi­miz hər bir möcüzə, əvvəlki­n­dən da­ha böyük idi. Biz on­ları dünyada əzabla yaxaladıq ki, bəlkə, küfrlərindən dönsünlər. Lakin bunun heç bir faydası olmadı.
அரபு விரிவுரைகள்:
وَقَالُواْ يَٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهۡتَدُونَ
Onların başına bəzi müsibətlər gəldikdə, Musaya (aleyhissəlam) dedilər: “Ey sehrbaz, Rəbbinin, bizim iman gətirəcəyimiz təqdirdə, əzabı bizdən dəf edəcəyinə dair verdiyi sözə görə, Ona bizdən ötrü dua et ki, əgər əzabı bizdən uzaq etsə, biz mütləq doğru yola gələcəyik”.
அரபு விரிவுரைகள்:
فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِذَا هُمۡ يَنكُثُونَ
Biz əzabı onlardan uzaq­laşdıran kimi, əhdlərindən dön­dü­lər və onu yerinə yetrmədilər.
அரபு விரிவுரைகள்:
وَنَادَىٰ فِرۡعَوۡنُ فِي قَوۡمِهِۦ قَالَ يَٰقَوۡمِ أَلَيۡسَ لِي مُلۡكُ مِصۡرَ وَهَٰذِهِ ٱلۡأَنۡهَٰرُ تَجۡرِي مِن تَحۡتِيٓۚ أَفَلَا تُبۡصِرُونَ
Firon öz səltənəti ilə lovğalanaraq qövmünə müraciət edib belə dedi: “Ey qövmüm, məgər Misirin səl­tə­nə­ti və qəsrlərimin al­tımndan axan, Nildən ayrılan bu çaylar mənim deyilmi?! Məgər siz mənim səltənətimi görmür­sü­nüz, əzəmətimi bilmirsiniz?!
அரபு விரிவுரைகள்:
أَمۡ أَنَا۠ خَيۡرٞ مِّنۡ هَٰذَا ٱلَّذِي هُوَ مَهِينٞ وَلَا يَكَادُ يُبِينُ
Mən bu qovulmuş, zəif və sözünü açıq-aydın deyə bilməyən Musadan daha üstünəm?!
அரபு விரிவுரைகள்:
فَلَوۡلَآ أُلۡقِيَ عَلَيۡهِ أَسۡوِرَةٞ مِّن ذَهَبٍ أَوۡ جَآءَ مَعَهُ ٱلۡمَلَٰٓئِكَةُ مُقۡتَرِنِينَ
Məgər onu elçi göndərən Allah, onun həqiqi elçi olduğunu bəyan etmək üçün onu qızıl bilər­ziklərlə bəzəməli, yaxud onunla bir­likdə bir-birilərini təqib edən mə­lək­lər gəlməli deyildimi?”
அரபு விரிவுரைகள்:
فَٱسۡتَخَفَّ قَوۡمَهُۥ فَأَطَاعُوهُۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ
Firon öz qövmünü aldatdı, onlar da onun azğın fikrinə itaət etdilər. Hə­qi­qə­tən, onlar Allahın itaətindən çıxmış bir qövm idilər.
அரபு விரிவுரைகள்:
فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ
Onlar küfr etmələrinə davam etməklə Bizi qəzəbləndir­dikdə onlardan intiqam alıb ha­mısını dənizdə ba­tırdıq.
அரபு விரிவுரைகள்:
فَجَعَلۡنَٰهُمۡ سَلَفٗا وَمَثَلٗا لِّلۡأٓخِرِينَ
Biz Firon və onun qovmünü kafirlərin önündə gedən bir toplum etdik. Sənin qövmündən kafir olanları da onların ardıcıllarından etdik. Beləliklə də Biz onları, nəticə çıxaran kimsələr üçün ibrət etdik ki, onlar kimi əməl edib sonda onların düçar olduğuna düçar olmasınlar.
அரபு விரிவுரைகள்:
۞ وَلَمَّا ضُرِبَ ٱبۡنُ مَرۡيَمَ مَثَلًا إِذَا قَوۡمُكَ مِنۡهُ يَصِدُّونَ
Müşriklər Uca Allahın: ﴾Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz. Siz ora varid olacaqsınız﴿ ayəsinin, nəsranilərin məbud qəbul etdiyi İsaya da aid olduğunu zənn etdilər. Halbuki Allah bütlərə ibadət etməyi qadağan etdiyi kimi, İsanı da məbud qəbul edərək ona ibadət etməyi qadağan etmişdi. Ey Peyğəmbər, (bu misal çəkilincə,) sənin qövmün mübahisə edib, qışqıraraq və hay-haray salaraq belə dedi: "Biz bütlərimizin İsa ilə bir yerdə olmasına razıyıq". Allah da onlara cavabı olaraq bu ayəni nazil etdi: ﴾Əzəldən özlərinə ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar﴿.
அரபு விரிவுரைகள்:
وَقَالُوٓاْ ءَأَٰلِهَتُنَا خَيۡرٌ أَمۡ هُوَۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلَۢاۚ بَلۡ هُمۡ قَوۡمٌ خَصِمُونَ
Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa İsa?!” İbn Zibəranin və onun bənzərləri bu misalı sə­nə haqqı bəlli etmək eşqinə yox, yalnız mübahisə etmək eşqinə dedilər. Doğrusu, onlar xilqətcə mübahisəyə can atan bir kimsələrdir.
அரபு விரிவுரைகள்:
إِنۡ هُوَ إِلَّا عَبۡدٌ أَنۡعَمۡنَا عَلَيۡهِ وَجَعَلۡنَٰهُ مَثَلٗا لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ
Məryəm oğlu İsa sadəcə Bi­zim peyğəmbərlik və risalət verdiyimiz Allah qullarından biridir. Uca Allah Adəmi atasız və anasız yaratdığı kimi, onu da atasız yaratmışdır. Beləliklə Biz onu, İsrail oğulları üçün Allahın qüdrətini göstərən bir nümunə etdik.
அரபு விரிவுரைகள்:
وَلَوۡ نَشَآءُ لَجَعَلۡنَا مِنكُم مَّلَٰٓئِكَةٗ فِي ٱلۡأَرۡضِ يَخۡلُفُونَ
Ey Adəm oğlulları! Əgər Biz sizi məhv etmək istəsəydik, sizi yer üzündə məhv edib əvəzinizə Allaha ibadət edən və heç bir şeyi Ona şərik qoşmayan mə­lək­lər ya­ra­dardıq.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• نَكْث العهود من صفات الكفار.
Əhdi pozmaq kafirlərin xislətlərindəndir.

• الفاسق خفيف العقل يستخفّه من أراد استخفافه.
Fasiq adam yelbeyin olur və beləsini tovlamaq istəyən kəs onu asanlıqla aldadır.

• غضب الله يوجب الخسران.
Allahın qəzəbi (insanın) ziyana uğramasına səbəbdir.

• أهل الضلال يسعون إلى تحريف دلالات النص القرآني حسب أهوائهم.
Zəlalət əhli Quran ayələrinin dəlalət etdiyi mənaları öz nəfslərinin istəyinə uyğun təhrif etməyə çalışırlar.

 
மொழிபெயர்ப்பு அத்தியாயம்: அஸ்ஸுக்ருப்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக