Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - آذري ژباړه - علي خان موساييف * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: مریم   آیت:
فَكُلِي وَٱشۡرَبِي وَقَرِّي عَيۡنٗاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلۡبَشَرِ أَحَدٗا فَقُولِيٓ إِنِّي نَذَرۡتُ لِلرَّحۡمَٰنِ صَوۡمٗا فَلَنۡ أُكَلِّمَ ٱلۡيَوۡمَ إِنسِيّٗا
Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Rəhman üçün oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”.
عربي تفسیرونه:
فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـٔٗا فَرِيّٗا
(Məryəm) körpəni qucağına alıb qövmünün yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən çirkin (və ya görünməmiş) bir iş tutdun.
عربي تفسیرونه:
يَٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٖ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيّٗا
Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun (bir qadın) deyildi”.
عربي تفسیرونه:
فَأَشَارَتۡ إِلَيۡهِۖ قَالُواْ كَيۡفَ نُكَلِّمُ مَن كَانَ فِي ٱلۡمَهۡدِ صَبِيّٗا
(Məryəm) uşağa işarə etdi. Onlar dedilər: “Beşikdə olan bir körpə ilə necə danışaq?”
عربي تفسیرونه:
قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيّٗا
(Körpə dil açıb) dedi: “Mən Allahın quluyam! O mənə Kitab (İncil) verdi və məni peyğəmbər etdi.
عربي تفسیرونه:
وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا
Harada oluramsa olum, məni mübarək etdi və həyatda olduğum müddətcə mənə namaz qılıb, zəkat verməyi əmr etdi.
عربي تفسیرونه:
وَبَرَّۢا بِوَٰلِدَتِي وَلَمۡ يَجۡعَلۡنِي جَبَّارٗا شَقِيّٗا
Məni anama qarşı qayğıkeş etdi. Məni lovğa və bədbəxt etmədi.
عربي تفسیرونه:
وَٱلسَّلَٰمُ عَلَيَّ يَوۡمَ وُلِدتُّ وَيَوۡمَ أَمُوتُ وَيَوۡمَ أُبۡعَثُ حَيّٗا
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”
عربي تفسیرونه:
ذَٰلِكَ عِيسَى ٱبۡنُ مَرۡيَمَۖ قَوۡلَ ٱلۡحَقِّ ٱلَّذِي فِيهِ يَمۡتَرُونَ
Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!
عربي تفسیرونه:
مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٖۖ سُبۡحَٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.
عربي تفسیرونه:
وَإِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ
(İsa dedi:) “Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Doğru yol da budur”.
عربي تفسیرونه:
فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن مَّشۡهَدِ يَوۡمٍ عَظِيمٍ
Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!
عربي تفسیرونه:
أَسۡمِعۡ بِهِمۡ وَأَبۡصِرۡ يَوۡمَ يَأۡتُونَنَا لَٰكِنِ ٱلظَّٰلِمُونَ ٱلۡيَوۡمَ فِي ضَلَٰلٖ مُّبِينٖ
Onlar Bizim hüzurumuza gələcəkləri gün nə yaxşı eşidəcək, nə yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: مریم
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - آذري ژباړه - علي خان موساييف - د ژباړو فهرست (لړلیک)

دا د علي خان موساییف لخوا ژباړل شوې. دې ته د رواد الترجمة مرکز تر څارنې لاندې انکشاف ورکړل شوی، او اصلي ژباړې ته د نظرونو څرګندولو، ارزونې، او دوامداره پرمختګ او بیاکتنې لپاره فرصت شتون لري.

بندول