Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अजरबैजानी भाषामा अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद सूरः: अबस   श्लोक:

Əbəsə

सूरहका अभिप्रायहरूमध्ये:
تذكير الكافرين المستغنين عن ربهم ببراهين البعث.
Rəbbinin dirilməni isbat edən dəlillərini qəbul etməyən kafirləri xəbərdar etmək.

عَبَسَ وَتَوَلَّىٰٓ
Rəsulullah (səllallahu aleyhi və səlləm) qaşqabağını tökdü və üzünü çevirdi.
अरबी व्याख्याहरू:
أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ
Rəsulullah (səllallahu aleyhi və səlləm) hidayət olunmaları ümidi ilə müşriklərin böyüklərini dəvət etməklə məşğul olduğu bir əsnada bu zaman gözləri görməyən Abdullah bin Ummu Məktumun gələrək Rəsulullahdən (səllallahu aleyhi və səlləm) ona İslam barədə xəbər verməsini istədikdə Rəsulullah (səllallahu aleyhi və səlləm) qaşqabağını töküb üzünü çevirdi.
अरबी व्याख्याहरू:
وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ
Ey Peyğəmbər! Nə bilirsən, bəlkə bu kor adam günahlarından təmizlənəcəkdi!
अरबी व्याख्याहरू:
أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ
Və ya səndən eşitdiyi nəsihətlərdən ibrət alıb faydalanacaq.
अरबी व्याख्याहरू:
أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ
Əlində olan mal-dövlətlə kifayətlənib sənin gətirdiyin imana ehtiyacı olmayan kimsəyə gəlincə,
अरबी व्याख्याहरू:
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ
Sən ona diqqət verir və ona tərəf üz tutursan.
अरबी व्याख्याहरू:
وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ
Onun Allaha tövbə edib günahlarından təmizlənməməyinin sənə heç bir aidiyyəti yoxdur.
अरबी व्याख्याहरू:
وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ
Xeyir əldə etmək üçün səy göstərib sənin yanına gələn,
अरबी व्याख्याहरू:
وَهُوَ يَخۡشَىٰ
Rəbbindən qorxan kimsəyə gəlincə,
अरबी व्याख्याहरू:
فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ
Sən ona məhəl qoymayıb müşriklərin böyüklərindən biri ilə məşğul olursan.
अरबी व्याख्याहरू:
كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ
Bu heç də belə deyil. Bu sadəcə ibrət almaq istəyən kimsə üçün bir nəsihət və bir xatırlatmadır.
अरबी व्याख्याहरू:
فَمَن شَآءَ ذَكَرَهُۥ
Kim Allahı yad etmək istəsə, Onu yad edər və bu Quranda zikr edilənlərdən ibrət alar.
अरबी व्याख्याहरू:
فِي صُحُفٖ مُّكَرَّمَةٖ
Bu Quran mələklərin yanında olan şərəfli səhifələrdədir.
अरबी व्याख्याहरू:
مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ
Uca məqamda yerləşən, özünə, nə bir çirk, nə də murdar bir şey toxunan pak səhifələr.
अरबी व्याख्याहरू:
بِأَيۡدِي سَفَرَةٖ
Bu səhifələr mələklərdən olan elçilərin əllərindədir.
अरबी व्याख्याहरू:
كِرَامِۭ بَرَرَةٖ
Özlərinin Rəbbi yanında hörmətli olan, çoxlu xeyirxah işlər görən və müti olan mələklərin.
अरबी व्याख्याहरू:
قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ
Lənətə gəlsin kafir adam! O, Allaha qarşı necə də nankordur.
अरबी व्याख्याहरू:
مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ
(Qoy bir düşünsün,) Allah onu nədən yaradıb ki, o, yer üzündə təkəbbür göstərir və Allaha küfr edir?!
अरबी व्याख्याहरू:
مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ
Allah onu bir damla sudan yaratmış və bu yaradılışı mərhələlərdən keçirərək müəyyən şəkilə salmışdır.
अरबी व्याख्याहरू:
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ
Bu yaradılış mərhələləri başa çatdıqdan sonra ona anasının bətnindən çıxmağı asanlaşdırmışdır.
अरबी व्याख्याहरू:
ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ
Onun qədərinə yazdığı ömürü bu həyatda ona yaşatdıqdan sonra onun canını almış və onu diriləcəyi günə qədər qalacağı qəbirə yerləşdirmişdir.
अरबी व्याख्याहरू:
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ
Sonra da istədiyi zaman onu haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün onu dirildəcəkdir.
अरबी व्याख्याहरू:
كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ
Bu iş heç də o kafirin düşündüyü kimi deyil. O kafir, Rəbbinin haqqını ödədiyini düşünür, halbuki o, Allahın ona vacib buyurduqlarını hələ yerinə yetirməmişdir.
अरबी व्याख्याहरू:
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ
Qoy Allaha küfr edən kimsə yediyi yeməyə baxsın görsün, onu necə əldə edib?!
अरबी व्याख्याहरू:
أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا
O yeməyin əsli göydən şırıl-şırıl və bol-bol yağan yağışdan əmələ gəlmişdir.
अरबी व्याख्याहरू:
ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا
Sonra biz yeri yardıq ki, orada bitkilər yetişsin.
अरबी व्याख्याहरू:
فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا
Orada buğda, qarğıdalı və başqa bu kimi dənli bitkilər yetişdirdik.
अरबी व्याख्याहरू:
وَعِنَبٗا وَقَضۡبٗا
Orada üzüm və yonca yetişdirdik ki, (bu yonca) onların heyvanları üçün yem olsun.
अरबी व्याख्याहरू:
وَزَيۡتُونٗا وَنَخۡلٗا
Həmçinin, zeytun və xurma ağacları da bitirdik.
अरबी व्याख्याहरू:
وَحَدَآئِقَ غُلۡبٗا
Orada ağaclarla dolu bağlar yetişdirdik.
अरबी व्याख्याहरू:
وَفَٰكِهَةٗ وَأَبّٗا
Həmçinin, meyvələr və heyvanlarınzın yediyi otları bitirdik.
अरबी व्याख्याहरू:
مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ
(Bu nemətlər) sizin və heyvanlarınızın istifadəsi üçündür.
अरबी व्याख्याहरू:
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ
Qulaqları batıran dəhşətli səs gələcəyi - ikinci kərə sura üfürüləcəyi zaman
अरबी व्याख्याहरू:
يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ
Həmin gün adam öz qardaşından qaçacaq.
अरबी व्याख्याहरू:
وَأُمِّهِۦ وَأَبِيهِ
Həmçinin, anasından və atasından qaçacaq.
अरबी व्याख्याहरू:
وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ
Eləcə də həyat yoldaşından və övladlarından qaçacaq.
अरबी व्याख्याहरू:
لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ
O gün kədərin şiddətindən onlardan hər biri öz hayında olacaq.
अरबी व्याख्याहरू:
وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ
Xoşbəxt insanların o gün üzləri nur saçacaq.
अरबी व्याख्याहरू:
ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ
Uca Allahın Öz rəhmətində onlar üçün hazırladığı nemətlərə sevinib fərəhlənəcək.
अरबी व्याख्याहरू:
وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ
Bədbəxt insanların isə o gün üzlərinə toz-torpaq hopacaq.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• عتاب الله نبيَّه في شأن عبد الله بن أم مكتوم دل على أن القرآن من عند الله.
Uca Allahın Abdullah bin Ummu Məktuma görə, Öz peyğəmbərini qınaması Quranın Allahdan nazil edilməsinə dəlalət edir.

• الاهتمام بطالب العلم والمُسْتَرْشِد.
Elm öyrənmək və məsləhət almaq istəyən kimsəyə diqqət yetirmək.

• شدة أهوال يوم القيامة حيث لا ينشغل المرء إلا بنفسه، حتى الأنبياء يقولون: نفسي نفسي.
Qiyamət gününün vahiməsinin çox şiddətli olması. Belə ki, həmin vaxt hər kəs ancaq öz hayına qalacaq. Hətta peyğəmbərlər: "Nəfsim, nəfsim"- deyəcəklər.

 
अर्थको अनुवाद सूरः: अबस
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अजरबैजानी भाषामा अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुस्