Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್- ಇನ್ಸಾನ್   ಶ್ಲೋಕ:

əl-İnsan

ಅಧ್ಯಾಯದ ಉದ್ದೇಶಗಳು:
تذكير الإنسان بأصل خلقه، ومصيره، وبيان ما أعد الله في الجنة لأوليائه.
İnsana yaradılışının həqiqətini və gedəcəyi yeri xatırlatmaq, üstəlik, Allahın Öz dostları üçün Cənnətdə hazırladığı nemətləri bildirmək.

هَلۡ أَتَىٰ عَلَى ٱلۡإِنسَٰنِ حِينٞ مِّنَ ٱلدَّهۡرِ لَمۡ يَكُن شَيۡـٔٗا مَّذۡكُورًا
İnsanın varlığı heç kəsə məlum olmayan uzun bir dövrü ötüb keçmişdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّا خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ أَمۡشَاجٖ نَّبۡتَلِيهِ فَجَعَلۡنَٰهُ سَمِيعَۢا بَصِيرًا
Biz insanı qarışıq nütfədən - kişi ilə qadının nütfəsindən yaratdıq. Onun öhdəsinə qoyduğumuz işlərdə onu sınaqdan keçirmək üçün onu eşidən və görən etdik. Belə etdik ki, onun öhdəsinə qoyduğumuz şəriətin buyuruqlarını yerinə yetirsin.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّا هَدَيۡنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرٗا وَإِمَّا كَفُورًا
Həqiqətən, Biz insana elçilərimizin dili ilə hidayət yolunu göstərdik, beləliklə də, zəlalət yolu ona aydın oldu. Bundan sonra o, ya doğru yola yönələr və Allaha şükür edən bir qul olar, ya da doğru yoldan azar və Allahın ayələrini inkar edən kafir bir qul olar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَلَٰسِلَاْ وَأَغۡلَٰلٗا وَسَعِيرًا
Doğrudan da, Biz Allaha və Onun peyğəmbərlərinə küfr etmiş kəslər üçün Cəhənnəm sürüklənəcək zəncirlər, orada onlara vurulacaq buxovlar və alovlu bir atəş hazırlamışıq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ ٱلۡأَبۡرَارَ يَشۡرَبُونَ مِن كَأۡسٖ كَانَ مِزَاجُهَا كَافُورًا
Şübhəsiz ki, Allaha itaət edən möminlər qiyamət günü, gözəl iy verən kafur qatılmış şərabla dolu badədən içəcəklər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• خطر حب الدنيا والإعراض عن الآخرة.
Dünyanı sevməyin və axirətdən üz çevirməyin təhlükəsi.

• ثبوت الاختيار للإنسان، وهذا من تكريم الله له.
İnsanın ixtiyar sahibi olmasının isbatı. Bu da, Allahın ona göstərdiyi ehtiramdır.

• النظر لوجه الله الكريم من أعظم النعيم.
Allahın möhtərəm üzünə baxmağın ən böyük nemətlərdən olması.

عَيۡنٗا يَشۡرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفۡجِيرٗا
İtaətkarlar üçün hazırlanmış bu şərab, suyu rahat götürülən bol və tükənməz olan elə bir bulaqdandır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldib axıdarlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
يُوفُونَ بِٱلنَّذۡرِ وَيَخَافُونَ يَوۡمٗا كَانَ شَرُّهُۥ مُسۡتَطِيرٗا
Bu bulaqdan içəcək bəndələrin xislətləri belədir ki, onlar özlərinə vacib buyurduqları ibadətləri yerinə yetirər və dəhşəti hər yeri bürüyəcək gündən - qiyamət günündən qorxarlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَيُطۡعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسۡكِينٗا وَيَتِيمٗا وَأَسِيرًا
Onlar özlərinin ehtiyacı olan və iştahaları çəkən sevdikləri şeylərdən ehtiyacı olan kasıblara, yetimlərə və əsirlərə yedirdərlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّمَا نُطۡعِمُكُمۡ لِوَجۡهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمۡ جَزَآءٗ وَلَا شُكُورًا
Onlar ehtiyacı olan insanları Allahın üzü xatirinə yedirtdiklərini qəlblərində gizli saxlayar və buna görə onlardan nə mükafat, nə də minnətdarlıq gözləməzlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوۡمًا عَبُوسٗا قَمۡطَرِيرٗا
Biz Rəbbimizdən gələ bilən, çox kəskin və ağır olduğundan bədbəxt insanların üzünə kədər gətirəcək bir gündən qorxuruq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلۡيَوۡمِ وَلَقَّىٰهُمۡ نَضۡرَةٗ وَسُرُورٗا
Elə buna görə də Allah Öz lütfü ilə onları o əzəmətli günün şərindən qoruyacaq, həmçinin onlara ehtiram göstərərək və qəlblərinə sevinc bəxş edərək onların üzünə gözəllik və nur bəxş edəcəkdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَجَزَىٰهُم بِمَا صَبَرُواْ جَنَّةٗ وَحَرِيرٗا
Onlar itaət ediləcək işlərdə, Allahın qədəri ilə başlarına gələn müsibətlərdə və bir də günahlardan çəkinməkdə səbir etdiklərinə görə, Allah onlara Cənnəti bəxş edər. Onlar orada olan nemətlərdən istifadə edər, əyinlərinə də ipək geyərlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۖ لَا يَرَوۡنَ فِيهَا شَمۡسٗا وَلَا زَمۡهَرِيرٗا
Onlar Cənnətdə bəzədilmiş taxtlar üzərində dirsəklənəcək və orada nə şüasından əziyyət çəkdikləri günəşi, nə də sərt soyuq görəcəklər. Əksinə, onlar daim kölgəlikdə olacaq, nə isti, nə də soyuq görəcəklər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَدَانِيَةً عَلَيۡهِمۡ ظِلَٰلُهَا وَذُلِّلَتۡ قُطُوفُهَا تَذۡلِيلٗا
Cənnət ağaclarının kölgələri onlara yaxınlaşacaq, meyvələri də onları dərmək istəyən kimsənin tam ixtiyarına veriləcək. Onları asanlıqla və rahatlıqla - istər uzanmış halda, istər oturaq halda, istərsə də ayaq üstə - onları dərəcəkər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَيُطَافُ عَلَيۡهِم بِـَٔانِيَةٖ مِّن فِضَّةٖ وَأَكۡوَابٖ كَانَتۡ قَوَارِيرَا۠
Onlar su içmək istədikləri zaman xidmətçilər əllərində gümüş qablar və büllur qədəhlərlə onların ətrafında dolanacaqlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قَوَارِيرَاْ مِن فِضَّةٖ قَدَّرُوهَا تَقۡدِيرٗا
O qədəhlər gümüşdən olmaqla yanaşı, şəffaflığında sankı bir şüşə kimidir. Onlar cənnətdəkilərin içmək istədikləri münasib bir ölçüdə, nə ondan artıq, nə də əskik hazırlanmışdır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَيُسۡقَوۡنَ فِيهَا كَأۡسٗا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا
Orada o möhtərəm insanlara zəncəfil qatılmış badələrdə şərab içirdiləcəkdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
عَيۡنٗا فِيهَا تُسَمَّىٰ سَلۡسَبِيلٗا
Onlar Cənnətdə, Səlsəbil adlanan bir bulaqdan içəcəklər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
۞ وَيَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ إِذَا رَأَيۡتَهُمۡ حَسِبۡتَهُمۡ لُؤۡلُؤٗا مَّنثُورٗا
Onların ətrafında həmişə cavan olan xidmətçilər dolanacaqlar. Sən o xidmətçiləri gördükdə, onların üzünün parlaq, rənginin gözəl, saylarının çox və özlərinin də müxtəlifliyindən dolayı, onları səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَإِذَا رَأَيۡتَ ثَمَّ رَأَيۡتَ نَعِيمٗا وَمُلۡكٗا كَبِيرًا
Sən Cənnətdə hara baxsan təsəvvür olunmaz nemətlər və bənzəri olmayan əzəmətli səltənət görərsən.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
عَٰلِيَهُمۡ ثِيَابُ سُندُسٍ خُضۡرٞ وَإِسۡتَبۡرَقٞۖ وَحُلُّوٓاْ أَسَاوِرَ مِن فِضَّةٖ وَسَقَىٰهُمۡ رَبُّهُمۡ شَرَابٗا طَهُورًا
Onların əyninə nazik və qalın ipəkdən dəbdəbəli yaşıl libaslar geyindiriləcək, üstəlik, qollarına da, gümüş bilərziklər taxılacaq. Allah onlara hər bir zərərdən xali olan şərab içirdəcəkdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ هَٰذَا كَانَ لَكُمۡ جَزَآءٗ وَكَانَ سَعۡيُكُم مَّشۡكُورًا
Onlara ehtiram göstərilərək deyiləcək: "Həqiqətən, sizə bəxş edilmiş bu nemətlər etdiyiniz əməllərin mükafatıdır, əməliniz də, Allah yanında məqbul olunmuş əməldir".
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّا نَحۡنُ نَزَّلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ تَنزِيلٗا
Ey Peyğəmbər! Biz Quranı sənə bir dəfəyə deyil, tədricən hissə-hissə nazil etdik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تُطِعۡ مِنۡهُمۡ ءَاثِمًا أَوۡ كَفُورٗا
Allahın yazdığı qədərə və ya şəri baxımdan verdiyi hökmlərə səbir et. Nə səni günah iş görməyə çağıran günahkara, nə də səni küfr etməyə təhrik edən kafirə itaət et!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ بُكۡرَةٗ وَأَصِيلٗا
Gündüzün əvvəlində fəcr namazını, axırında da, zöhr və əsr namazlarını qılmaqla Rəbbini xatırla!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• الوفاء بالنذر وإطعام المحتاج، والإخلاص في العمل، والخوف من الله: أسباب للنجاة من النار، ولدخول الجنة.
Deyilən nəziri yerinə yetirmək və ehtiyacı olan kimsəyə yemək vermək, habelə, əməli ixlasla Allah üçün etmək və Allahdan qorxmaq, Cəhənnəm odundan qurtulmaq və Cənnətə daxil olmaq üçün səbəbdir.

• إذا كان حال الغلمان الذين يخدمونهم في الجنة بهذا الجمال، فكيف بأهل الجنة أنفسهم؟!
Əgər Cənnət əhlinin xidmətində duran xidmətçilərə bu cür belə gözəllik bəxş edilmişdirsə, görəsən Cənnət əhlinin özlərinə necə gözəllik bəxş ediləcəkdir?!

وَمِنَ ٱلَّيۡلِ فَٱسۡجُدۡ لَهُۥ وَسَبِّحۡهُ لَيۡلٗا طَوِيلًا
Gecə namazlarını - məğrib və işa namazlarını qılmaqla Rəbbini xatırla və onlardan sonra Onun üçün təhəccüd (gecə) namazını qıl!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ هَٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلۡعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمۡ يَوۡمٗا ثَقِيلٗا
Həqiqətən, o müşriklər dünya həyatını sevir və ona tamah salır, qiyamət gününü - dəhşətlər və müsibətlərlə dolu o ağır günü isə unudurlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
نَّحۡنُ خَلَقۡنَٰهُمۡ وَشَدَدۡنَآ أَسۡرَهُمۡۖ وَإِذَا شِئۡنَا بَدَّلۡنَآ أَمۡثَٰلَهُمۡ تَبۡدِيلًا
Biz onları xəlq etdik və onların məfsəllərini, əzalarını və s. məhkəmləndirməklə xilqətlərini qüvvətləndirdik. Biz onları məhv edib bənzərləri ilə əvəz etmək istədikdə, onları məhv edib bənzərləri ilə əvəz edirik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا
Həqiqətən, bu surə bir ibrət və bir xatırlatmadır. Kim istəsə Rəbbinin rizasını qazanmağa aparan bir yol tutar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا
Allah sizin, Allah rizasını qazanmağa aparan yolu tutub getmənizi istəməyincə, siz istəyə bilməzsiniz! Bütün işlər Onun ixtiyarındadır. Şübhəsiz ki, Allah qulları üçün nəyin xeyrinə olduğunu və onlar üçün nəyin də zərərli olduğunu daha yaxış biləndir. O, yaratmasında, yazdığı qəza və qədərdə və təyin etdiyi şəri hökmlərində hikmət sahibidir!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّٰلِمِينَ أَعَدَّ لَهُمۡ عَذَابًا أَلِيمَۢا
O, Öz qullarından dilədiyini mərhəmətinə qovuşdurar, onları iman gətirməyə və yaxşı işlər görməyə müvəffəq edər. Küfr və asiliklər etməklə özlərinə zülm edən kimsələr üçün isə, O, axirətdə ağrılı-acılı əzab - Cəhənnəm əzabı hazırlamışdır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• خطر التعلق بالدنيا ونسيان الآخرة.
Dünyaya könül bağlamağın və axirəti unutmağın təhlükəsi.

• مشيئة العبد تابعة لمشيئة الله.
Bəndənin istəyi Allahın istəyinə bağlıdır.

• إهلاك الأمم المكذبة سُنَّة إلهية.
Haqqı yalan sayan ümmətlərin həlak edilməsi ilahi bir qanundur.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್- ಇನ್ಸಾನ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ