Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ * - មាតិកានៃការបកប្រែ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ម៉ាអ៊ីដះ   វាក្យខណ្ឌ:
قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّا لَن نَّدۡخُلَهَآ أَبَدٗا مَّا دَامُواْ فِيهَا فَٱذۡهَبۡ أَنتَ وَرَبُّكَ فَقَٰتِلَآ إِنَّا هَٰهُنَا قَٰعِدُونَ
Onlar dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Odur ki, sən get Rəbbinlə birlikdə (onlara qarşı) vuruş. Biz isə burada oturacağıq”.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قَالَ رَبِّ إِنِّي لَآ أَمۡلِكُ إِلَّا نَفۡسِي وَأَخِيۖ فَٱفۡرُقۡ بَيۡنَنَا وَبَيۡنَ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ
O, dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيۡهِمۡۛ أَرۡبَعِينَ سَنَةٗۛ يَتِيهُونَ فِي ٱلۡأَرۡضِۚ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ
Allah (belə) buyurdu: “Elə isə o yer onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə çaşqın halda gəzib dolaşacaqlar. Sən isə günahkar tayfa üçün heyifsilənmə”.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
۞ وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ ٱبۡنَيۡ ءَادَمَ بِٱلۡحَقِّ إِذۡ قَرَّبَا قُرۡبَانٗا فَتُقُبِّلَ مِنۡ أَحَدِهِمَا وَلَمۡ يُتَقَبَّلۡ مِنَ ٱلۡأٓخَرِ قَالَ لَأَقۡتُلَنَّكَۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلۡمُتَّقِينَ
Onlara Adəmin iki oğlunun əhvalatını gerçək olaraq danış. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan qardaş öz qardaşına) demişdi: “Səni mütləq öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah (saleh əməlləri) yalnız müttəqilərdən qəbul edər!
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
لَئِنۢ بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقۡتُلَنِي مَآ أَنَا۠ بِبَاسِطٖ يَدِيَ إِلَيۡكَ لِأَقۡتُلَكَۖ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ
Sən məni öldürmək üçün əlini mənə uzatsan da, mən səni öldürmək üçün əlimi sənə uzadan deyiləm. Çünki mən aləmlərin Rəbbi (olan) Allahdan qorxuram.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
إِنِّيٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثۡمِي وَإِثۡمِكَ فَتَكُونَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِۚ وَذَٰلِكَ جَزَٰٓؤُاْ ٱلظَّٰلِمِينَ
Mən istəyirəm ki, sən həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur”.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَطَوَّعَتۡ لَهُۥ نَفۡسُهُۥ قَتۡلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصۡبَحَ مِنَ ٱلۡخَٰسِرِينَ
Nəhayət, nəfsi onu qardaşını qətlə yetirməyə sövq etdi və onu öldürdü, beləliklə də, ziyana uğrayanlardan oldu.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَبَعَثَ ٱللَّهُ غُرَابٗا يَبۡحَثُ فِي ٱلۡأَرۡضِ لِيُرِيَهُۥ كَيۡفَ يُوَٰرِي سَوۡءَةَ أَخِيهِۚ قَالَ يَٰوَيۡلَتَىٰٓ أَعَجَزۡتُ أَنۡ أَكُونَ مِثۡلَ هَٰذَا ٱلۡغُرَابِ فَأُوَٰرِيَ سَوۡءَةَ أَخِيۖ فَأَصۡبَحَ مِنَ ٱلنَّٰدِمِينَ
Allah, qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yeri eşən bir qarğa göndərdi. O dedi: “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, bu qarğa qədər olmaqdan da acizəm?” Beləliklə o, peşmançılıq çəkənlərdən oldu.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ម៉ាអ៊ីដះ
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ - មាតិកានៃការបកប្រែ

បានបកប្រែដោយលោកអាលី ខន ម៉ូសាយុីហ្វ។ ត្រូវបានអភិវឌ្ឍក្រោមការគ្រប់គ្រងរបស់មជ្ឈមណ្ឌលអ្នកបកប្រែរ៉ូវ៉ាទ ហើយអនុញ្ញាតឱ្យមានការពិនិត្យមើលការបកប្រែដើម ដើម្បីផ្តល់មតិ វាយតម្លៃ និងអភិវឌ្ឍន៍ជាបន្តបន្ទាប់។

បិទ