Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. * - Tərcümənin mündəricatı


Mənaların tərcüməsi Surə: əl-Mutaffifin   Ayə:

əl-Mutaffifin

Surənin məqsədlərindən:
تحذير المكذبين الظالمين من يوم القيامة وبشارة المؤمنين به.
Haqqı yalan sayan zalımları Qiyamət günü ilə qorxutmaq, möminləri isə onunla müjdələmək.

وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ
Çəkidə və ölçüdə aldadanlar həlak olsun və ziyana uğrasın!
Ərəbcə təfsirlər:
ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ
O kəslər ki, başqalarından bir şey aldıqda öz haqlarını onlardan tam şəkildə tələb edirlər.
Ərəbcə təfsirlər:
وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ
Özləri onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə ölçünü və çəkini naqis edirlər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Mədinəyə hicrət etdiyi zaman Mədinəlilərin halı belə idi.
Ərəbcə təfsirlər:
أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ
Bu günahı edən kimsələr öldükdən sonra dirililib Allahın hüzuruna gətiriləcəklərindən qorxmurlarmı?!
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrin faydalarından:
• التحذير من الغرور المانع من اتباع الحق.
Haqqa boyun əyməyə mane olan qürurdan çəkindirmək.

• الجشع من الأخلاق الذميمة في التجار ولا يسلم منه إلا من يخاف الله.
Tamahkarlıq tacirlərə aid olan xoşagəlməz xislətlərdəndir. Yalnız Allahdan qorxan kimsələr bu xislətdən xilas ola bilərlər.

• تذكر هول القيامة من أعظم الروادع عن المعصية.
Qiyamət gününün dəhşətini xatırlamaq, asilikdən çəkindirən ən böyük amillərdəndir.

 
Mənaların tərcüməsi Surə: əl-Mutaffifin
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. - Tərcümənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq