Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (175) Surə: əl-Bəqərə
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلضَّلَٰلَةَ بِٱلۡهُدَىٰ وَٱلۡعَذَابَ بِٱلۡمَغۡفِرَةِۚ فَمَآ أَصۡبَرَهُمۡ عَلَى ٱلنَّارِ
İnsanların möhtac olduğu elmi gizlətməklə vəsf olunan insanlar, həqiqətdə, elmi gizlətdikləri üçün doğru yol əvəzinə zəlalət yolunu, Allahdan bağışlanmaqın əvəzinə isə Allahın əzabı satın almış kəslərdir. Bu kimsələr, onların Cəhənnəm oduna daxil olmasın səbəb olan əməllərə necə də səbrlidirlər. Elə bil ki onlar, Cəhənnəm əzabına səbirli olduqları üçün oradakı əzaba heç fikir də vermirlər.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• أكثر ضلال الخلق بسبب تعطيل العقل، ومتابعة من سبقهم في ضلالهم، وتقليدهم بغير وعي.
• İnsanların əksəriyyətinin Allahın yolundan azma səbəbi, ağıldan düzgün istifadə etməmələri, özlərindən əvvəlki azğın insalara tabe olmaları və onlara kor-koranə təqlid etmələridir.

• عدم انتفاع المرء بما وهبه الله من نعمة العقل والسمع والبصر، يجعله مثل من فقد هذه النعم.
• Allahın insana bəxş etdiyi ağıl, qulaq və göz nemətindən düzgün istifadə etməməsi, insanı bu nemətlərdən məhrum olan şəxsə bərabər edir.

• من أشد الناس عقوبة يوم القيامة من يكتم العلم الذي أنزله الله، والهدى الذي جاءت به رسله تعالى.
• Qiyamət günü insanların ən şiddətli əzab olunanı Allahın nazil etdiyi haqqı və peyğəmbərlərin gətirdiyi doğru yolu gizlədən insandır.

• من نعمة الله تعالى على عباده المؤمنين أن جعل المحرمات قليلة محدودة، وأما المباحات فكثيرة غير محدودة.
• Haramların az və məhdud sayda, amma hallaların isə məhdudiyyətsiz çoxlu sayda olması Uca Allahın mömin qullarına olan menətlərindən biridir.

 
Mənaların tərcüməsi Ayə: (175) Surə: əl-Bəqərə
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. - Tərcumənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq