Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Surə: Yunus   Ayə:
وَلَوۡ أَنَّ لِكُلِّ نَفۡسٖ ظَلَمَتۡ مَا فِي ٱلۡأَرۡضِ لَٱفۡتَدَتۡ بِهِۦۗ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۖ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡقِسۡطِ وَهُمۡ لَا يُظۡلَمُونَ
Əgər Allaha şərik qoşan insan yer üzün­də olan ən dəyərli mal-dövlətin hamısına sa­hib olsaydı, sonra da öz canını Allahın əzabından qurtarmaq üçün sahid olduğu bütün mal-dövlətini fidyə verməyə ona izin verilsəydi, o, müt­ləq canını əzab­­dan qur­tarmaq üçün sahib olduğu bütün dəyərli mal-dövlətin hamısına fid­yə ve­rər­di. Müşriklər qiyamət günü əzabı gördükdə, dünyada ikən etdikləri küfr əməllərinə görə peşman olduqlarını gizlətməyə çalışacaqlar. Allah onla­rın arasında əda­lətlə hökm ve­ri­lər və onlara əsla zülm edilməz. Qiyamət günü hər kəsə dünyada etdiyi əməlin müqabilini veriləcəkdir.
Ərəbcə təfsirlər:
أَلَآ إِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
Ağah olun ki, göylərdə və yer­də olan­ların hamısı yalnız Allahın mülküdür. Ağah olun ki, Alla­hın kafirlərə vəd etdiyi əzab haq­dır, bunda heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu bu­nu bilmədikləri üçün şəkkə qapanırlar.
Ərəbcə təfsirlər:
هُوَ يُحۡيِۦ وَيُمِيتُ وَإِلَيۡهِ تُرۡجَعُونَ
Uca Allah ölüləri dirildir, diriləri də öl­dürür. Siz qiyamət günü yalnız Onun hüzuruna qayta­rıla­caq­sınız. Allah da etdiyiniz əməllərinizin əvəzini verəcəkdir.
Ərəbcə təfsirlər:
يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَتۡكُم مَّوۡعِظَةٞ مِّن رَّبِّكُمۡ وَشِفَآءٞ لِّمَا فِي ٱلصُّدُورِ وَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ
Ey insanlar! Rəbbiniz­dən sizə bir Quran gəlmişdir. O, möminlər üçün bir öyüd-nəsihət, qəlblərdə ola­na şəkk-şübhəyə, nifaqa bir şəfa və onlara doğru yol göstərəndir. O kitabda möminlər üçün rəhmət və mənfəət vardır.
Ərəbcə təfsirlər:
قُلۡ بِفَضۡلِ ٱللَّهِ وَبِرَحۡمَتِهِۦ فَبِذَٰلِكَ فَلۡيَفۡرَحُواْ هُوَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ
Ey Peyğımbər! İnsanlara de: "Sizə göndərilən bu Quran Allahın sizə olan lütfü və mər­hə­məti sayəsindədir!". Qoy onlar Allahın lütfünə və mərhəməti sayəsində özlərinə nazil edilən bu Qurana görə sevinsinlər. Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbi tərəfindən onlara gətirdiyi bu Quran, on­ların yığ­dıq­la­rı fani dünya malından qat-qat xeyir­li­dir.
Ərəbcə təfsirlər:
قُلۡ أَرَءَيۡتُم مَّآ أَنزَلَ ٱللَّهُ لَكُم مِّن رِّزۡقٖ فَجَعَلۡتُم مِّنۡهُ حَرَامٗا وَحَلَٰلٗا قُلۡ ءَآللَّهُ أَذِنَ لَكُمۡۖ أَمۡ عَلَى ٱللَّهِ تَفۡتَرُونَ
Ey Peyğəmbər! O müşriklərə de: "Allahın sizə nazil et­diyi ru­zi barədə mənə söyləyin gö­rüm, siz bu ruzuləri öz istəklərinizə uyğun olaraq onun bəzilərini haram, bəzilərini isə halal say­dı­nız?" Onlara de: "Bu ruzilərdən bir qismini halal, bir qismini də haram etməyə Allah­ sizə izin verdi, yox­sa Allahın adından yalan danışırsız?"
Ərəbcə təfsirlər:
وَمَا ظَنُّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ
Allaha qarşı yalan uy­du­­ranların qiyamət günü onlara əzab olacaqları barədə fi­kir­ləri nədir? Yoxsa Allah onları bağışlayacağınımı zənn edirlər?! Həqiqətən, Allah insanlara möhlət verməklə və onlara əzab verməyə tələsməməklə onlara qarşı lütf­kardır, la­kin insanların çoxu Allahın onlara bəxş etdiyi nemətləri inkar edib, Allaha şükür etmirlər.
Ərəbcə təfsirlər:
وَمَا تَكُونُ فِي شَأۡنٖ وَمَا تَتۡلُواْ مِنۡهُ مِن قُرۡءَانٖ وَلَا تَعۡمَلُونَ مِنۡ عَمَلٍ إِلَّا كُنَّا عَلَيۡكُمۡ شُهُودًا إِذۡ تُفِيضُونَ فِيهِۚ وَمَا يَعۡزُبُ عَن رَّبِّكَ مِن مِّثۡقَالِ ذَرَّةٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ وَلَآ أَصۡغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكۡبَرَ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ
Ey Peyğəmbər! Sən hansı bir işdə olsan, Quran­dan nə oxusan, ey möminlər! siz də nə iş gör­sə­niz, ba­şı­nız işə qarışar­kən Biz sizin nə etdiyiniz işi görər və dediyinizi eşidərik. Nə yerdə, nə də göydə zərrə qə­dər bir şey Rəbbinin elmindən gizli qal­maz. Bundan da­ha ki­çiyi və daha böyüyü yoxdur ki, o nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmılmış açıq-aydın kitabda – Lövhi-Məh­fuz­da ol­­masın.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• عظم ما ينتظر المشركين بالله من عذاب، حتى إنهم يتمنون دفعه بكل ما في الأرض، ولن يُقْبلَ منهم.
• Yuxarıda qeyd edilən ayələrdə Allaha şərik qoşan müşrikləri gözləyən əzabın böyük olması bəyan edilmişdir. Həttə onlar şiddətli əzabdan canlarını xilas etmək üçün yer üzündə olan hər bir şeyi verməyi təmməna edəcəklər. Lakin bu onlardan qəbul edilməyəcəkdir.

• القرآن شفاء للمؤمنين من أمراض الشهوات وأمراض الشبهات بما فيه من الهدايات والدلائل العقلية والنقلية.
• Quran, işərisindəki doğru yola yönəldən ayələr, əqli və nəqli dəlillər olması ilə yanaşı möminlərin şəhvət və şübhə xəstəliklərinin şəfasıdır.

• ينبغي للمؤمن أن يفرح بنعمة الإسلام والإيمان دون غيرهما من حطام الدنيا.
• Mömin, fani dünya nemətlərindən daha çox, İslam və iman neməti ilə sevinməlidir.

• دقة مراقبة الله لعباده وأعمالهم وخواطرهم ونياتهم.
• Allahın, həm qullarını, həm də qullarının əməllərini, üstəlik, onların düşüncələrini və niyyətlərini son dərəcə nəzarətdə saxlamasının bəyanı.

 
Mənaların tərcüməsi Surə: Yunus
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. - Tərcumənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq