Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə - Əlixan Musayev. * - Tərcümənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: əl-Bələd   Ayə:

əl-Bələd

لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ
And içirəm bu şəhərə (Məkkəyə)!
Ərəbcə təfsirlər:
وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ
Sən bu şəhərdə sakinsən. (Yaxud: Sənə bu şəhərdə istədiyini etmək halaldır).
Ərəbcə təfsirlər:
وَوَالِدٖ وَمَا وَلَدَ
And olsun ataya (Adəmə) və onun zürriyyətinə!
Ərəbcə təfsirlər:
لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ
Biz insanı çətinlik içində xəlq etdik.
Ərəbcə təfsirlər:
أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ
Məgər o (insan), heç kəsin ona gücü çatmayacağınımı güman edir?!
Ərəbcə təfsirlər:
يَقُولُ أَهۡلَكۡتُ مَالٗا لُّبَدًا
O: “Mən (Muhammədə düşmənçilik yolunda) çoxlu mal xərclədim!”– deyir.
Ərəbcə təfsirlər:
أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ
Məgər o, heç kəsin onu görməyəcəyinimi zənn edir?!
Ərəbcə təfsirlər:
أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ
Biz ona iki göz vermədikmi?!
Ərəbcə təfsirlər:
وَلِسَانٗا وَشَفَتَيۡنِ
Eləcə də, bir dil və iki dodaq (vermədikmi)?!
Ərəbcə təfsirlər:
وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ
Biz ona iki yolu (haqqı və batili) göstərmədikmi?!
Ərəbcə təfsirlər:
فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ
O, sərt yoxuşu aşa biləmədi.
Ərəbcə təfsirlər:
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ
Sən nə bilirsən ki, o sərt yoxuş nədir?
Ərəbcə təfsirlər:
فَكُّ رَقَبَةٍ
(O,) kölə azad etməkdir
Ərəbcə təfsirlər:
أَوۡ إِطۡعَٰمٞ فِي يَوۡمٖ ذِي مَسۡغَبَةٖ
və ya aclıq günündə (möhtaca) yemək verməkdir –
Ərəbcə təfsirlər:
يَتِيمٗا ذَا مَقۡرَبَةٍ
qohumluğu çatan bir yetimə,
Ərəbcə təfsirlər:
أَوۡ مِسۡكِينٗا ذَا مَتۡرَبَةٖ
yaxud (aclıqdan) yerə sərilmiş miskinə!
Ərəbcə təfsirlər:
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ
Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
Ərəbcə təfsirlər:
أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ
Onlar sağ tərəf sahibləridir.
Ərəbcə təfsirlər:
وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ
Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.
Ərəbcə təfsirlər:
عَلَيۡهِمۡ نَارٞ مُّؤۡصَدَةُۢ
Onları hər tərəfdən qapalı Cəhənnəm gözləyir.
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: əl-Bələd
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə - Əlixan Musayev. - Tərcümənin mündəricatı

Tərcümə edən: Əlixan Musayev. Tərcümənin inkişafı "Ruvvad" tərcümə mərkəzinin rəhbərliyi altında edilmişdir. Orijinal tərcüməyə: rəy bildirmək, qiymətləndirmək və davamlı inkişaf məqsədi ilə baxmaq mümkündür.

Bağlamaq